Bəhreynlilər “Canlar sənə qurban” şüarı ilə etiraz aksiyası keçirdi - FOTO

Bəhreynlilər “Canlar sənə qurban” şüarı ilə etiraz aksiyası keçirdi - FOTO

-- Ayətullah İsa Qasimin müalicəsi üçün şəraitin yaranmasını tələb edilib

Minlərlə Bəhreynli  Ayətullah İsa Qasimə dəstək məqsədilə ötən gecə  etiraz aksiyası keçirib. 
 
Maide.Az  “Abna”-a istinadən xəbər verir ki,  “Canlar sənə qurban” şüarı ilə Bəhreynin müxtəlif məhəllələrində keçirilən etiraz aksiyasında etirazçılar   Ayətullah İsa Qasimin evinin mühasirəsinə son qoyulmağı və  Ali Xəlifə rejimindən onun müalicəsi üçün şəraitin yaranmasını tələb edib.
 
Ali Xəlifə rejim qüvvələri etirazçılara hücum edib, etirazçıları dağıtmaq üçün onlara qarşı gözyaşardıcı qaz və rezin güllələrdən istifadə edib. 
 
Qeyd edək ki, Bəhreynin əd-Dərraz bölgəsində rejim qüvvələrinin nəzarətində ev dustağı edilən Ayətullah İsa Qasim daxili qan axmadan əziyyət çəkir. O xəstəlikdən çəkisinin yarısını itirib və təcili cərrahiyyə əməliyyatına ehtiyacı var.
Bu barədə bəhreynli həkim İbrahim əl-Əradi məlumat verib.
 
Digər səhiyyə mənbələri bildiriblər ki Ayətullaha İsa Qasimin həyatı təhlükədədir.
 
Xatırladaq ki, Şeyx İsa Qasim bir ildən artıqdır ki Bəhreyndə ev dustağıdır. Bəhreyn rejimi qüvvələri onun evini və olduğu kvartalı muhasirədə saxlayır. Bəhreyn rejimi onu vətəndaşlıqdan məhrum etmiş və barəsində bir sıra əsassız ittihamlar irəli sürmüşdür.
 
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru