Bəla “gəlirəm” deyir...

Bəla “gəlirəm” deyir...

-- Qış fəslinin bəlası - dəm qazı

"Azərbaycan" qəzetində dərc edilən "Bəla "gəlirəm" deyir..." sərlövhəli məqalədə müəllif dəm qazının boğulmalara və ölümlərə səbəb olmasını araşdırır.
 
Müəllif deyir ki, hər il havaların soyuması ilə birgə fərdi ev və ya mənzillərdə dəm qazından boğulma hadisələri haqqında xəbərlər gündəlik hal almağa başlayır.
 
Müəllif vurğulayır ki, Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə dəm qazından boğulmalarla bağlı 2016-cı ildə 455 müraciət olub, 2017-ci ildə belə müraciətlərin sayı 190-a düşüb: "Kəskin azalma təqdirəlayiq haldır, burada qurumların, mətbuatın maarifləndirmə işinin təsiri inkaredilməzdir. Bununla belə, dəm qazından boğulma halları əhalisi daha çox, qışı daha sərt keçən (məsələn, Rusiya, Ukrayna və Qazaxıstanda) ölkələrə nisbətən daha çoxdur".
 
Müəllif hesab edir ki, dəm qazı ilə bağlı bədbəxt hadisələrin statistikasını sıfıra endirmək mümkündür və bu, heç də utopik istək deyil.
 
Dəm qazının ən təhlükəli cəhəti kimi müəllif iysiz və rəngsiz olması xüsusiyyətini göstərir. Adi halda nəfəs alarkən ağciyərdən qana ötürülən oksigen orqanizmin bütün hüceyrələrinə daşınır.
 
Müəllif vurğulayır ki, dəm qazı qana keçdikdə hemoqlobinlə birləşir və oksigenin ayrılmasnı əngəlləyir, yəni, hüceyrələr oksigenlə təmin olunmur və nəticədə ilk növbədə beyin funksionallığını itirir.
 
Yazı müəllifi bu boğulmadan qorunmaq üçün faktiki bir neçə ildir ki, mediada müzakirə mövzusu olan təhlükəsilzik tədbirləri barədə danışır.
 
Müəllif standart və təhlükəsizliyinə zəmanət verilən qaz cihazlarından istifadə edilməsini, tüstü çəkən bacaların işlək halda saxlanmasını, qaz cihazlarının qurulduğu hamam və mətbəxlərdə tüstü çəkən qurğularda nasazlıqların aradan qaldırılmasını zəruri tədbirlər sırasında sadalayır.
 
Müəllif deyir ki, dünyada elektron dəm qazı (monooksid) detektorları (siqnalizasiyaları) evlərdə, mənzillərdə geniş istifadə edilir. Bu elektron cihazlar qurulduğu yerdə dəm qazının miqdarını nəzarətdə saxlayır və 50-100 manat arasında qiyməti olan bu cihazı hər ailə ala bilər.
 
Odur ki, insan həyatı bu qədər ucuz tutulmamalı, təhlükəsizlik naminə bütün mümkün zəruri tədbirlər görülməlidir.(turan)
 

Google+ WhatsApp ok.ru