Bələdiyyə seçkilərinə namizəd olan amerikalı müsəlman xanım ölümlə təhdid edilir

Bələdiyyə seçkilərinə namizəd olan amerikalı müsəlman xanım ölümlə təhdid edilir

-- `Bu təhdidlər məni öz hədəfimdən döndərə bilməz`

Hazırda İslam-Amerika Əlaqələri Şurası təhdidlə əlaqədar araşdırmalara başlanılmasını istəyib.
 
Maide.Az "İslaminsesi"-nə istinadən  bildirir ki, ABŞ-da bələdiyyə seçkilərinə öz namizədliyini verən Amerikalı xanım ölümlə təhdid edilir.
 
ABŞ-ın Minnesota əyalətinin Rochester şəhərində bələdiyyə seçkilərinə öz namizədliyini irəli sürmüş Regina Mustafa adlı müsəlman amerikalı xanım ölümlə təhdid edildiyini deyib
 
Xanım Regina Mustafa bu məlumatı öz Twitter səhifəsində paylaşıb. Namizəd xanım bu təhdidin kiberməkanda “polis hərəkatı” adlı qrup tərəfindən olduğunu bildirib.
 
Lakin Xanım Regina bu təhdidlərə baxmayaraq öz səhifəsində “Bu təhdidlər məni öz hədəfimdən döndərə bilməz” kimi ifadələr işlədib. Həmçinin qeyd edib ki: Hazırad olan bu təhdid bütün amerikalı müsəlmanlara yönəlmiş bir təhdiddir.
 
Hazırda İslam-Amerika Əlaqələri Şurası təhdidlə əlaqədar araşdırmalara başlanılmasını istəyib.
 

Google+ WhatsApp ok.ru