Bəqi qəbiristanlığı 95 il öncə - FOTOLAR 22 İyun 2018 01:00 Dünya -- Bu gün imamların dəfn edildiyi Bəqi qəbiristanlığının dağıdıldığı gündür Hicri qəməri tarixi ilə 1344-cü ildə Şəvval ayının 8- ində (22 iyun) Əbdül-Əziz bin Səudun qüvvələri - radikal sələfilər müqəddəs Mədinəni mühasirəyə alaraq şəhəri talan ediblər. Maide.Az xəbər verir ki, Onlar bununla kifayətlənməyərək, dörd imam və digər tanınmış səhabələrin məqbərələrinin yerləşdiyi Bəqi qəbiristanlığını yerlə yeksan ediblər. Bu qəbiristanlıqda imam Həsən (ə), İma Zeynül-Abidin (ə), İmam Baqir (ə), İmam Sadiq (ə) və digər tanınmış səhabələr dəfn ediliblər. İstər sünni, istərsə də şiə məzhəbindən olan müsəlmanlar bu vəhşiliyi qınamışlar. Hazırda dünyanın müxtəlif bölgələrində yaşayan müsəlmanlar Səudiyyə Ərəbistanı hakimiyyətinə müraciət edərək, hərəmlərin bərpa edilməsini tələb edir. Bəqi qəbiristanlığı Səudiyyə Ərəbistanının Mədinə şəhərində, Nəbəvi Məscidindən (Peyğəmbər (s) Məscidi) cənub-şərqdə yerləşir. 622-ci ilin sentyabrında Peyğəmbər (s) Məkkədən Mədinəyə gəlir. Həmin dövrdə Ən-Nəbəvi Məscidin tikintisi zamanı Peyğəmbər (s) buradakı Əl-Bəqi adlı böyük torpaq sahəsini satın alır. Burada həmçinin Məhəmməd peyğəmbərin (ə) əmisi Abbas ibn Əbdülmütəllib də dəfn olunub. Teqlər : #Bəqi qəbiristanlığı 95 il öncə FOTOLAR, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Başqırdıstan Respublikasında “İslam: məzhəb və incəsənət” adlı sərgi təşkil olunub Dörd ərəb ölkəsi Qətərə qarşı ultimatumun müddətini uzadıb
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO