Bərdədə dini fəal tutulub: inanclılar narahatdır

Bərdədə dini fəal tutulub: inanclılar narahatdır

Bərdə inanclıları arasında xüsusi hörmət sahibi olan dini fəal Elşən Abbasov, bu gün Bərdə polisləri tərəfindən saxlanılaraq bölməyə aparılıb.
 
Bərdə inanclılarının Maide.Az-a verdiyi məlumata görə, ailə üzvləri Elşən Abbasovun polis bölməsinə aparılmasının səbəbini öyrənmək istəsə də, rayon polis idarəsindən heç bir məlumat verilməyib. Saat 16:00 radələrində inanclılar  polis bölməsinin qarşısına toplaşıb. Əlavə qüvvə çağırılıb. Lakin insident yaşanmayıb. Polis bölməsindən yalnız bu deyilib ki, “bizlik deyil, məhkəməyə aparıblar axşam xəbərlərdə nə üçün tutlduğunu bilərsiz.” 
 
Daha sonra inanclılar məhkəmə binasına gediblər. Lakin Elşən Abbasov orada da olmayıb. 
 
Xatırladaq ki, Elşən Abbasov bundan əvvəl “Hicaba azadlıq” aksiyasında həbs edilmişdi.

Google+ WhatsApp ok.ru