Bəsrədə dövlət televiziyası və şiə partiyalarının binaları yandırıldı

Bəsrədə dövlət televiziyası və şiə partiyalarının binaları yandırıldı

İraqın cənubundakı Bəsrə şəhərində vəziyyət bir qədər də gərginləşib.
 
Maide.Az FaktXəbər-ə istinadən məlumatına görə, şəhərdə kommunal xidməti məhdudiyyətləri, işsizlik və korrupsiyaya qarşı davam edən nümayişlər zamanı bir qrup şəxs dövlət televiziyası və Bədr Təşkilatının binasına girib. Nümayişçilər sözügedən binaları yandırıblar. Hadisələr zamanı dövlət televiziyasına aid canlı yayım maşını da yanıb.
 
Başqa bir qrup nümayişçi isə "Asaib Əhlilhak", "Ali İslam Şurası" və İshaq İbn əl-Həkimin lideri olduğu Milli Hikmət Axını binalarını yandırıblar. Baş nazir Heydər İbadinin üzvü olduğu İraq İslami Mübarizə Partiyasının binası da yandırılıb.
 
Sözügedən binaların yanmasına dair görüntülər sosial şəbəkələrdə paylaşılıb.
 
Nümayişçilərin şəhərdə yerləşən İran Konsulluğuna doğru hücum ediblər.
 
Qeyd edək ki, Bəsrə də 8 iyuldan bu yana mitinqlər keçirilir.
 
Aksiyaların intensivliyi son günlər artıb. Bəsrə İnsan Haqları Komissarlığının sədri Mehdi Təmimi şəhərdə dünən keçirilən nümayişlərdə təhlükəsizlik qüvvələrinin açdığı atəş nəticəsində 1 nəfərin öldüyünü, 25 nəfərin yaralandığını bildirmişdi.
 
Dünən də aksiya iştirakçıları Bəsrə bələdiyyəsinin və meriyasının binasını yandırmışdılar.
 
İraqda 12 mayda keçirilən parlament seçkilərinin qalibi Muqtəda Sədr Bəsrədəki hadisələrə görə bu gün baş nazir Heydər İbadi ilə Daxili İşlər, Səhiyyə və Su Mənbələri nazirlərinin də iştlrak edəcəyi fövqəladə məclis iclası keçirilməsinə çağırış etmişdi. O, bu şəxslərin sessiyaya qatılmamaları vəziyyətində vəzifələrindən istefa vermələrini istəmişdi. Baş nazir İbadi məclisin iclasında iştirak etməyə hazır olduğunu bildirmişdi.
 

 

Google+ WhatsApp ok.ru