Bəşər Əsəd: `Astanada bütün mövzuların müzakirəsinə hazıram`

Bəşər Əsəd: `Astanada bütün mövzuların müzakirəsinə hazıram`

Suriya prezidenti Bəşər Əsəd yanvarın 23-də Astanada Suriya böhranının həlli ilə bağlı sülh danışıqlarında bütün mövzuları müzakirə etməyə hazır olduğunu bəyan edib.
 
APA-nın “Milliyet”ə istinadən verdiyi məlumata görə, Dəməşqdə fransalı jurnalistlərə müsahibə verən B. Əsəd deyib ki, qarşıdurmanın başa çatdırılması, yaxud Suriyanın gələcəyindən söhbət gedirsə, hər mövzu müzakirə edilə bilər. O, prezident postunu tərk etməsi ilə bağlı məsələnin müzakirəsinin də mümkün olduğunu, ancaq prezidentin hansı yollarla dəyişməsinin mümkün olduğunun Suriya Konstitusiyasında əksini tapdığını vurğulayıb. /

Google+ WhatsApp ok.ru