Bəşər Əsəd açıqladı: `200 milyard dollara ehtiyacımız var, ölkəni öz gücümüzlə yenidən quracağıq`

Bəşər Əsəd açıqladı: `200 milyard dollara ehtiyacımız var, ölkəni öz gücümüzlə yenidən quracağıq`

-- Qərbin dəstəyini qəbul etməyəcəyik

Bəşər Əsəd 2011-ci ilin mart ayından etibarən Suraiyanı terrorçulardan təmizləyəndən sonra ilk hədəflərinin ölkəni yenidən qurmaq olduğunu açıqlayıb. 

 Suriya Prezidenti Bəşər Əsəd xarici işlər naziri Vəlid Müəllim və digər ölkə diplomatları ilə Dəməşqdəki görüşdə verdiyi açıqlamada bildirib ki, yenidənqurma Suriyanın ilk prioritetidir.   

Bəşər Əsəd qeyd edib ki, 2017-ci ildə Dünya Bankı Suriyadakı müharibə ilə əlaqədar itkiləri 226 milyard dollar dəyərində qiymətləndirib. "

Yenidənqurma işləri 200 milyard dollara başa gələcək. Qərbin dəstəyini qəbul etməyəcəyik", - deyə B. Əsəd diqqətə çatdırıb.   

Qeyd edək ki, iyun ayında Rusiyanın "NTV" telekanalına verdiyi müsahibədə Bəşər Əsəd Qərbin Suriyadakı yenidənqurma işlərinin bir hissəsi olmayacağını açıqlamışdı.   

'Suriyanı yenidən qurmaq üçün hər hansı bir Qərb maliyyəsini qəbul etməyəcəyik. Bizim ölkəmizi bərpa etmək üçün kifayət qədər gücümüz var. Pulumuz yoxdursa, xaricdə yaşayan suriyalı dostlarımızdan borc alacağıq", - deyə o bildirmişdi. (eastnews.org)

Google+ WhatsApp ok.ru