Bəşər Əsəd: “ABŞ-ın siyasəti hədə, sanksiya və terrora dəstəkdir”

Bəşər Əsəd: “ABŞ-ın siyasəti hədə, sanksiya və terrora dəstəkdir”

 Suriyanın prezidenti Bəşər Əsəd paytaxt Dəməşqdə ABŞ-ın Virciniya ştatının senatoru Riçard Blek ilə görüşüb.
 
Maide.Az "deyerler.org"-a istinadən xəbər verir ki, B.Əsəd görüşdə Amerikanın siyasətinin əsas xüsusiyyətlərinin sanksiya, təhdid və terrora dəstək olduğunu deyib: “Amerika müharibəni davam etdirmək və beynəlxalq sabitliyə zərbə vurmaq əvəzinə sülhsevər bir ölkə rolunu üzərinə götürsə, bu Amerika dövləti və xalqı üçün daha faydalı olacaq”.
 
Görüşdə Suriyanın bir çox azad edilmiş bölgələrində yeni həyatın canlandığını bildirən Riçard Blek, Suriyaya sülh və sabitliyin yenidən gəlməsi və suriyalıların torpaqlarına qayıtması və terrorun məhv olmasına ümid etdiyini deyib.
 
Bir neçə gün əvvəl Dəməşqdə səfərdə olan amerikalı senator, Suriyada prezidentin siyasi müşaviri Buseyna Şaban və Suriya parlamentinin sədri Hammud Sabbaq ilə də görüşüb.
 
Suriya rəsmiləri ABŞ və müttəfiqlərinin Suriyadakı Nusra Cəbhəsi və İŞİD terrorçularına silah göndərdiyini açıqlamışdı.
 

Google+ WhatsApp ok.ru