Və (yadına sal) o zaman(ı) ki, Rəbbin mələklərə dedi: «Həqiqətən, Mən yer üzündə bir canişin (Allahın oradakı nümayəndəsi, ya da oranın nəsli kəsilmiş qədim sakinlərinin canişini) qoyacağam». Dedilər: «Orada fəsad törədəcək və qanlar tökəcək bir kəsi (canişin) qoyursan?! Halbuki biz Səni kamilliklərlə vəsf edərək zikr oxuyur və (bütün eyb və nöqsanlardan) pak bilirik». Allah buyurdu: «Şübhəsiz, Mən sizin bilmədiyiniz bir şey bilirəm». ("Bəqərə" surəsi 30)

İmam Həsən (ə) buyurur:
“İbrətlərdən nəsihət alın və keçmişdəkilərin başlarına gələnlərdən ibrətlənin.”



CƏNNƏT ‒ MÖMİNLƏRİN ƏN ALİ MƏNZİLİ

-- Allah mömin kişi və qadınlara (ağacları) altından çaylar axan ...

Tarix : 05-03-2018 14:22

Şübhəsiz, cənnət və onun nemətləri Allahın ən böyük yaratdıqlarından biridir və bu nemət Allaha bəndəlik yolunu keçənlərə, iman və saleh əməllərlə insanlıq mərhələsinin ən ali məqamına layiq görülənlərə və nəhayət, Allahın mələkut aləminə qədəm qoyanlara nəsib olur:

وَبَشِّرِالَّذِينَ آمَنُوا وَعَمِلُوا الصّالِحَاتِ أَنَّ لَهُمْ جَنّات تَجْرى مِنْ تَحْتِهَا الاَْنْهارُ... وَلَهُمْ فِيهَا أَزْواجٌ مُطَهَّرَةٌ وَ هُمْ فِيها خَالِدُون

“(Ya Peyğəmbər!) İman gətirən yaxşı işlər görən şəxslərə müjdə ver. Onlar üçün (ağacları) altından çaylar axan cənnətlər (bağlar) vardır. O cənnətlərin meyvələrindən bir ruzi yedikləri zaman, “Bu bizim əvvəlcə (dünya evində) yediyimiz ruzidirdeyəcəklər. Əslində isə, bu meyvələr dünya meyvələrinə zahirən bənzəyir. Onlardan ötrü orada hər cəhətdən pak olan zövcələr var. Onlar (möminlər) orada əbədi qalacaqlar. (“Bəqərə” surəsi, ayə 25.)

Başqa bir ayədə buyurulur:

وَعَدَ اللَّهُ الْمُؤْمِنِينَ وَ الْمُؤْمِنَاتِ جَنَّات تَجْرى مِنْ تَحْتِهَا الاَْنْهارُ خَالِدِينَ فِيهَا وَ مَسَاكِنَ طَيِّبَةً فىِ جَنَّاتِ عَدْن وَ رِضْوانٌ مِنَ‌اللَّهِ أَكْبَرُ ذلِكَ هُوَ الْفَوْزُ الْعَظِيمُ

Allah mömin kişi qadınlara (ağacları) altından çaylar axan cənnətlər Ədn cənnətlərində gözəl məskənlər vəd buyurmuşdur. Onlar orada əbədi qalacaqlar. Allahdan olan bir razılıq isə, (bunların hamısından) daha böyükdür. Bu, ən böyük qurtuluş uğurdur!” (“Tövbə” surəsi, ayə 72.)

Həqiqətdə, insan saleh əməllərin sayəsində cənnəti qazanır. Buna görə də, insan Allaha bəndəlik yolunda nə qədər çox səy edərsə və kamal yolunun maneəsi olan nəfsin istəkləri ilə nə qədər çox mübarizə apararsa, qarşılıqlı olaraq daha artıq və üstün nemətlərə çatacaqdır. Bu, Quran və rəvayətlərdə rast gəldiyimiz açıq həqiqətdir. İmam Sadiqdən (ə) nəql edilir ki, Peyğəmbər (s) buyurdu:

لَمَّا اُسْرِىَ بى إِلىَ السَّماءِ دَخَلْتُ الْجَنَّةَ فَرَأَيْتُ فيها مَلائِكَةً يَبْنُونَ لَبْنَةً مِنْ ذَهَب وَلَبْنَةً مِنْ فِضَّة وَ رُبَما أَمْسَكُوا. فَقُلْتُ لَهُمْ: ما لَكُمْ رُبَما بَنَيْتُمْ وَ رُبَما أَمْسَكْتُمْ؟ فَقالُوا: قَوْلُ الْمُؤْمِنِ فى الدُّنْيا: سُبْحانَ‌اللّهِ وَالْحَمْدُ لِلّهِ وَلا إِلهَ إِلاَّ اللّهُ وَاللّهُ أَكْبَرُ. فَإِذا قالَ بَنَيْنا وَإِذا أَمْسَكَ أَمْسَكْنا

Göylərə merac etdiyimdə, cənnətə daxil olub gördüm ki, mələklər imarət tikməklə məşğuldurlar; qızıl gümüşdən olan kərpicləri bir-birinin üstünə qoyur hərdən dayanıb dururdular. Onlara dedim: “Niyə gah işləyir, gah da dayanıb durursunuz?” Dedilər: “Gözləyirik lazım olan avadanlıq gəlsin. Dedim: “Sizin istifadə etdiyiniz avadanlıq nədir?” Dedilər: “Möminlərin dilindən çıxan “Cubhanəllahi vəl-həmdu lillahi və la ilahə illəllahu vəllahu-əkbər(“Cubhanəllah”, “Əlhəmdu lillah”, “La ilahə illəllah”, “Əllahu-əkbər”) zikri bizim avadanlıqlarımızdır. Mömin bu zikri deməyə başlayan vaxtda biz bu işə məşğul oluruq. Elə ki, zikri saxladılar, biz dayanırıq. (“Biharül-ənvar”, c.8, səh.123.)

Peyğəmbər (s) yaxın səhabəsi Əbuzər Qifariyə cənnəti vəsf edərkən belə anladır:

ياأَباذَرٍّ؛ لَوْ أَنَّ إِمْرَأَةً مِنْ نِساءِ أَهْلِ الْجَنَّةِ أَطْلَعَتْ مِنْ سَماءِ الدُّنْيا فى لَيْلَة ظَلْماء لاََ ضائَتْ لَهَا الاَْرْضُ أَفْضَلَ مِمّا يُضيئُها الْقَمَرُ لَيْلَةَ الْبَدْرِ وَلَوَجَدَ ريحَ نَشْرِهاجَميعُ أَهْلِ اْلأَرْضِ وَلَوْ أَنَّ ثَوْباً مِنْ ثِيابِ أَهْلِ الْجَنَّةِ نُشِرَ الْيَوْم فى الدُّنْيا لَصَعِقَ مَنْ يَنْظُرُ إِلَيْهِ وَما حَمَلَتْهُ أَبْصارُهُمْ

Ey Əbuzər! Əgər cənnət qadınlarından biri gecənin zülmətində göydə aşkar olsa, nuru yerə on dörd gecəlik aydan daha çox işıq salar. Saçlarını oynatdıqda, zülfündən ətrafa yayılan ətrin iyi bütün yer əhlini bihuş edər. Cənnət əhlinin libaslarından birini bu dünyada açıb sərsələr, onu görən özündən gedər ona baxmağa insan gözü tab gətirə bilməz.

Axirət aləmi ilə bağlı deyilənlərdən belə anlaşılır ki, o aləmdə insanın gözünün gücü bu dünyada olduğundan daha güclü olacaqdır. İnsanlar bu dünyada o qədər zəifdir, dərrakə və dözümləri o qədər azdır ki, əgər cənnətin libaslarından birini onlara göstərsələr, ona baxmağa taqətləri çatmayıb bihuş olarlar. Halbuki cənnət əhli üçün o libası geyinmək, ona baxmaq adi bir şeydir. Həqiqətdə, cənnətdə insanın qüdrəti, o cümlədən, görmə və dərketmə qabiliyyəti həddən artıq çoxdur. Şüur və dərrakə sahibi olan insanın axirətdəki şüuru o qədər yüksək olacaq ki, bəlkə də, dünyadakından milyon qat artıq olacaqdır. Orada hər şeyin həyatı var və həqiqətdə, həqiqi həyat oradadır.

Qiyamətin özünəməxsus fəzasında hər bir şey şüur və danışmaq qabiliyyətinə malikdir. Buna görə də, hətta ağac və daşlar belə danışacaqlar:

وَ مَا هذِهِ الْحَيَواةُ الدُّنْيا إِلاَّ لَهْوٌ وَ لَعِبٌ وَ إِنَّ الدَّارَ الاَْخِرَةَ لَهِىَ الْحَيَوَانُ لَوْ كانُوا يَعْلَمُونَ

Bu dünya həyatı oyun-oyuncaqdan, əyləncədən başqa bir şey deyildir. Axirət yurdu isə, şübhəsiz ki, əbədi həyatdır. Kaş biləydilər! (Əgər bilsəydilər, axirəti dünyaya dəyişməzdilər). (“Ənkəbut” surəsi, ayə 64.)

Əlbəttə, elə düşünməyək ki, cənnət və yaxud da cəhənnəmlə bağlı deyilənlərin olması imkansızdır. Allahın atom enerjisi kimi sıxılmış bir enerjini uranium kimi bəzi elementlərin daxilində yerləşdirməsi, hələ indi bəşər aləminə məlumdur. Əgər bu ünsürdən çox az miqdarda enerji ayrılarsa, elə güclü partlayış baş verir ki, bir şəhəri dağıdıb, altını üstünə çevirir! Bu hələ bu dünyada mövcud olan ünsürlərdən birinin dağıdıcı qüvvəsidir. İndi gör, o aləmin ünsürlərinin qüdrəti hansı dərəcədədir?! Bəlkə də, milyon dəfələrlə bu aləmdə mövcud olan ünsürlərin gücündən daha artıqdır. Belə olan surətdə, bu ünsürlərin dağıdıcı gücü də bizim təsəvvür edə biləcəyimizdən qat-qat artıq olacaqdır. (“Rəhe-tuşe” – Axirət azuqəsi, Ayətullah Misbah Yəzdi, 1-ci cild, səh.301-305.)

(Maide.Az)

 



Orphus system Mətndə səhv var? Onu mausla seçin və "Ctrl+Enter" düyməsini basın 

Bölmənin digər yazıları



XƏBƏR LENTİ

XƏBƏRLƏRİN ARXİVİ





Namaz vaxtları

Sübh Azanı
Günəş Çıxır
Günorta Azanı
Axşam Azanı
Gecə Yarısı
03:24
05:11
12:43
20:32
23:50
Bölgələrdə vaxt ölçüsünün Bakı ilə fərqi (dəqiqə)

Ağdam +11, Ağdaş +10, Ağsu +5, Ağcabədi +10, Ağstafa +18, Astara +4, Babək +18, Balakən +5, Beyləqan +10, Bərdə +11, Cəlilabad +6, Cəbrayıl +12, Culfa +18, Daşkəsən +15, Şabran +4, Şirvan +4, Füzul +11, Göyçay +8, Gəncə +14, Gədəbəy +16, Goranboy +12, Horadiz +10, Göygöl +14, Xaçmaz +4, İsmayıllı +6, İmişli +7, Kəlbəcər +15, Kürdəmir +6, Qax +11, Qazax +19, Qazıməmməd +4, Qəbələ +8, Quba +5, Qusar +4, Laçın +14, Lənkəran +5, Lerik +7, Masallı +5, Mərəzə +3, Mingəçevir +11, Marneuli (Tiflis) +20, Naxçıvan +18, Neftçala +3, Oğuz +11, Ordubad +16, Saatlı +6, Sabirabad +6, Salyan +4, Siyəzən +3, Sumqayıt +1, Şamaxı +6, Şahbuz +18, Şəki +12, Şəmkir +15, Şərur +18, Şuşa +13, Tərtər +12, Tovuz +16, Yardımlı +8, Yevlax +11, Ucar +8, Zaqatala +15, Zəngilan +13, Zərdab +9

|
Gün Ay İl
Miladi
Hicri

              

Həftənin günü: Julian Day:

1 Məhərrəm 7 Rəcəb
2 Səfər 8 Şaban
3 Rəbiul-əvvəl 9 Ramazan
4 Rəbiul-axır 10 Şəvval
5 Cəmadil-əvvəl 11 Zilqədə
6 Cəmadiul-axır 12 Zilhiccə

YAZARLAR

Sorğu

Saytımızda hansı mövzularda məqalələrin daha çox olmasını istərdiniz?
Əhkam
Əqaid
Quran
Əxlaq
Ailə
Həyat dərsləri
Sağlamlıq
Xəbərlər

Arxiv



XƏBƏRLƏRƏ ABUNƏ

Buradan abunə olaraq gün ərzində saytımıza yerləşdirilən məlumatları elektron poçtunuzdan oxuya bilərsiniz





SOSİAL MEDİA





Saytın Xəritəsi

Saytımızı tam şəkildə izləmək üçün GoogleCrome10+, Opera 9+,Yandex brazerlərindən istifadə edin.

25-06-2018 03:38