Sonra onları (bu mənaları) mələklərə göstərərək buyurdu: «Əgər doğruçusunuzsa, bunların adlarını (və ya həqiqət və sirlərini) Mənə xəbər verin».
Dedilər: «Sən (bütün eyb və nöqsanlardan) paksan! Bizim Sənin bizə öyrətdiklərindən başqa bir elmimiz yoxdur; doğrudan da, bilən də Sənsən, hikmət sahibi də!» ("Bəqərə" surəsi 32)

Həzrət Məhəmməd (s) buyurur:
“Hər kəs qırx gün Allaha ixlasla (riyasız) ibadət etsə, Allah hikmət çeşməsini onun qəlbindən dilinə axıdar.”



Cəfər Təyyar namazı necə qılınır?

Tarix : 17-09-2014 11:57

Bu namaz fəlsəfə daşı və qırmızı kibritdir (Bu iki ifadə hərəsi ayrı-ayrılıqda bir mövzudur ki, işarə etmirik. Qısaca onu deyək ki, bu iki şey nadir (demək olar ki, tapılmayan) şeydir, lakin əldə olunsa insan sonsuz xeyirə sahib olar.). Onun zəngin fəziləti barədə bir çox mötəbər sənədlərdə rəvayət olunmuşdur. Belə ki, bu fəzilətin ən mühümü böyük günahların bağışlanmasıdır. Bu namazı qılmağın ən yaxşı vaxtı Cümə gününün başlanğıcıdır. Bu namaz 4 rəkətlidir, iki təşəhhüd və iki salamı var (Yəni, iki dənə iki rəkətli namaz qılmaq). Birinci rəkətdə "Fatihə" surəsindən sonra "Zilzal", ikinci rəkətdə "Fatihə" surəsindən sonra "Adiyat" surəsi oxunulur:


"Zilzal" surəsi
بِسْمِ اللّهِ الرَّحْمَنِ الرَّحِيمِ

إِذَا زُلْزِلَتِ الْأَرْضُ زِلْزَالَهَا ﴿1﴾ وَأَخْرَجَتِ الْأَرْضُ أَثْقَالَهَا ﴿2﴾ وَقَالَ الْإِنسَانُ مَا لَهَا ﴿3﴾ يَوْمَئِذٍ تُحَدِّثُ أَخْبَارَهَا ﴿4﴾ بِأَنَّ رَبَّكَ أَوْحَى لَهَا ﴿5﴾ يَوْمَئِذٍ يَصْدُرُ النَّاسُ أَشْتَاتًا لِّيُرَوْا أَعْمَالَهُمْ ﴿6﴾ فَمَن يَعْمَلْ مِثْقَالَ ذَرَّةٍ خَيْرًا يَرَهُ ﴿7﴾ وَمَن يَعْمَلْ مِثْقَالَ ذَرَّةٍ شَرًّا يَرَهُ ﴿8﴾

Bismillahir-rəhmanir-rəhim
İza zulzilətil-ərzu zilzaləha (1) Və əxrəcətil-ərzu əsqaləha (2) Və qaləl-insanu ma ləha (3) Yəuməizin tuhəddisu əxbarəha (4) Bi`ənnə rəbbəkə əvha ləha (5) Yəuməizin yəsdurun-nasu əştatəl-liyurəu ə`maləhum (6) Fəmən yə`məl misqalə zərrətin xəyrən yərəh (7) Və mən yə`məl misqalə zərrətin şərrən yərəh (8)

 

"Adiyat" surəsi

بِسْمِ اللّهِ الرَّحْمَنِ الرَّحِيمِ

وَالْعَادِيَاتِ ضَبْحًا ﴿1﴾ فَالْمُورِيَاتِ قَدْحًا ﴿2﴾ فَالْمُغِيرَاتِ صُبْحًا ﴿3﴾ فَأَثَرْنَ بِهِ نَقْعًا ﴿4﴾ فَوَسَطْنَ بِهِ جَمْعًا ﴿5﴾ إِنَّ الْإِنسَانَ لِرَبِّهِ لَكَنُودٌ ﴿6﴾ وَإِنَّهُ عَلَى ذَلِكَ لَشَهِيدٌ ﴿7﴾ وَإِنَّهُ لِحُبِّ الْخَيْرِ لَشَدِيدٌ ﴿8﴾ أَفَلَا يَعْلَمُ إِذَا بُعْثِرَ مَا فِي الْقُبُورِ ﴿9﴾ وَحُصِّلَ مَا فِي الصُّدُورِ ﴿10﴾ إِنَّ رَبَّهُم بِهِمْ يَوْمَئِذٍ لَّخَبِيرٌ ﴿11﴾

Bismillahir-rəhmanir-rəhim
Vəl-adiyati zəbha (1) Fəl-muriyati qədha (2) Fəl-muğirati subhə (3) Fə`əsərnə bihi nəq`a (4) Fəvəsətnə bihi cəm`a (5) İnnəl-insanə lirəbbihi ləkənud (6) Və innəhu əla zalikə ləşəhid (7) Və innəhu lihubbil-xəyrə ləşədid (8) Əfəla yə`ləmu iza bu`sirə ma fil-qubur (9) Və hussilə ma fis-sudur (10) İnnə rəbbəhum bihim yəuməizil-ləxəbir (11)

Ikinci namazın birinci rəkətində "Fatihə" surəsindən surəsindən sonra "Nəsr", ikinci rəkətində "Fatihə" surəsindən sonra "İxlas" surəsi oxunur.

 

"Nəsr" surəsi

بِسْمِ اللّهِ الرَّحْمَنِ الرَّحِيمِ

إِذَا جَاء نَصْرُ اللَّهِ وَالْفَتْحُ ﴿1﴾ وَرَأَيْتَ النَّاسَ يَدْخُلُونَ فِي دِينِ اللَّهِ أَفْوَاجًا ﴿2﴾ فَسَبِّحْ بِحَمْدِ رَبِّكَ وَاسْتَغْفِرْهُ إِنَّهُ كَانَ تَوَّابًا ﴿3﴾

Bismillahir-rəhmanir-rəhim
İza ca`ə nəsrullahi vəl-fəth (1) Və rə`əytən-nasə yədxulunə fi dinillahi əfvacə (2) Fəsəbbih bihəmdi rəbbikə vəstəğfirhu innəhu kanə təvvabə (3)
Hər rəkətdə "Həmd" surəsi və qeyd edilən surələri oxuduqdan sonra on beş dəfə təsbihati-ərbə`ə deyilir.

 

Təsbihati ərbə`ə

سُبْحانَ اللهِ وَاَلْحَمْدُ للهِ وَلا اِلـهَ إلاّ اللهُ وَاَللهُ اَكْبَرُ

Subhanəllahi vəl-həmdu lillahi və la ilahə illəllahu vəllahu əkbər.

Namazın rükusunda həmin təsbihat 10 dəfə, rükudan qalxdıqdan sonra 10 dəfə, birinci səcdədə 10 dəfə, səcdədən qalxarkən 10 dəfə, ikinci səcdəyə gedərkən 10 dəfə, ikinci səcdədən qalxarkən 10 dəfə deyilir. Bu ardıcıllıq namazın hər rəkətində gözlənilir. İki namazda deyilən təsbihatın ümumi sayı 300 dür.

 

Şeyx Kuleyni Əbu Səid Mədainidən rəvayət edib ki, İmam Sadiq (ə) mənə buyurdu: İstəmirsənmi sənə bir zikr öyrədim ki, onu Cəfər Təyyar namazında oxuyasan? Dedim: Bəli, istəyirəm. Buyurdu: Dördüncü rəkətdə (namazın) axırıncı səcdənin təsbihatını tamamladıqan sonra de:

سُبْحَانَ مَنْ لَبِسَ الْعِزَّ وَ الْوَقَارَ سُبْحَانَ مَنْ تَعَطَّفَ بِالْمَجْدِ وَ تَكَرَّمَ بِهِ سُبْحَانَ مَنْ لا يَنْبَغِي التَّسْبِيحُ إِلا لَهُ سُبْحَانَ مَنْ أَحْصَى كُلَّ شَيْ‏ءٍ عِلْمُهُ سُبْحَانَ ذِي الْمَنِّ وَ النِّعَمِ سُبْحَانَ ذِي الْقُدْرَةِ وَ الْكَرَمِ اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ بِمَعَاقِدِ الْعِزِّ مِنْ عَرْشِكَ وَ مُنْتَهَى الرَّحْمَةِ مِنْ كِتَابِكَ وَ اسْمِكَ الْأَعْظَمِ وَ كَلِمَاتِكَ التَّامَّةِ الَّتِي تَمَّتْ صِدْقا وَ عَدْلا صَلِّ عَلَى مُحَمَّدٍ وَ أَهْلِ بَيْتِهِ وَ افْعَلْ بِي كَذَا وَ كَذَا

 

Oxunuşu:

Subhanə mən ləysəl-izzə vəl-vəqar, subhanə mən tə`əttəfə bil-məcdi və təkərrəmə bih, subhanə mən la yənbəğit-təsbihu illa ləh, subhanə mən əhsa kullə şəy`in ilmuh, subhanə zil-mənni vən-ni`əm, subhanə zil-qudrəti vəl-kərəm. Allahummə inni əs`əlukə bimə`aqidil-izzi min ərşikə və muntəhər-rəhməti min kitabikə və ismikəl-ə`zəm və kəlimatikət-tammətil-ləti təmmət sidqən və ədlə. Salli əla Muhəmmədin və Əhli Bəytihi vəf`əl bi kəza və kəza

Tərcüməsi:
İzzət və vüqar libası geymiş Allah hər nöqsandan pak və uzaqdır. Öz böyüklüyü ilə bizə kərəm və ehsan edən Allah hər bir nöqsandan pak və uzaqdır. Hər bir nöqsandan uzaqdır o Allah ki, Ondan qeyrisinə təsbih rəva deyil. Elmi hər şeyi əhatə edən Allah hər bir nöqsandan pak və uzaqdır. Nemət və minnət sahibi olan Allah hər bir nöqsandan pak və uzaqdır. Qüdrət və kərəm sahibi olan Allah hər bir nöqsandan pak və uzaqdır. İlahi (sənin elminin sirləri olan) ərşinin izzət əhdlərinə, tövhid və mərifət həqiqətləri olan) sənin kitabının rəhmətinin muntəhasına (ən ucasına), sənin əzəm və böyük adına, (sənin ənbiya və övliyalarından ibarət olan) doğruluq və ədalət baxımından tam və kamil kəlmələrinə xatir səndən istəyirəm ki, Muhəmməd (s) və onun əhli-beytinə (ə) salam göndərəsən və mənimlə belə və belə rəftar edəsən (Belə və belə sözlərinin əvəzində hacət və istəklərini Allahdan dilə.)

"Kəza və kəza" kəlməsinin yerinə hacətlərini Allahdan istə.

 

Şeyx Tusi və Seyid ibn Tavus Müfəzzəl ibn Ömərdən rəvayət ediblər ki, dedi: Bir gün İmam Sadiqi (ə) gördüm ki, Cəfər namazını qılıdı. Namazdan sonra əlləri yuxarı qaldırdı və bu duanı oxudu:

يا رَبِّ يا رَبِّ
(ya Rəbbi, ya Rəbb...) bir nəfəs bitənə qədər

sonra yenə bir nəfəs bitənə qədər
يا ربّاهُ يا ربّاهُ
(ya Rəbbahu, ya Rəbbah...) bir nəfəs miqdarında

رَبِّ رَبِّ
(Rəbbi, Rəbbi....) bir nəfəs uzunluğunda

يا اَللّهُ يا اَللّهُ
(ya Allahu, ya Allah....) yenə də bir nəfəs uzunluğunda

يا حَيُّ يا حَيُّ
(ya Həyyu, ya Həyyu....) bir nəfəsə

يا رَحيمُ يا رَحيمُ
(ya Rəhimu, ya Rəhim....) yenə də bir nəfəs uzunluğunda

يا رَحْمنُ يا رَحْمنُ
(ya Rəhmanu, ya Rəhman....) yeddi dəfə

يا اَرْحَمَ الرّاحِمينَ
(ya Ərhəmər-Rahimin) yeddi dəfə. Daha sonra bu duanı oxudu:

اَللّـهُمَّ اِنّي اَفْتَتِحُ الْقَوْلَ بِحَمْدِكَ وَاَنْطِقُ بِالثَّناءِ عَلَيْكَ وَاُمَجِّدُكَ وَلاغايَةَ لِمَدْحِكَ وَاُثْني عَلَيْكَ وَمَنْ يَبْلُغُ غايَةَ ثَنائِكَ وَاَمَدَ مَجْدِكَ وَاَنّى لِخَليقَتِكَ كُنْهُ مَعْرِفَةِ مَجْدِكَ وَاَيَّ زَمَن لَمْ تَكُنْ مَمْدُوحاً بِفَضْلِكَ مَوْصُوفاً بِمَجْدِكَ عَوّاداً عَلَى الْمُذْنِبينَ بِحِلْمِكَ تَخَلَّفَ سُكّانُ اَرْضِكَ عَنْ طاعَتِكَ فَكُنْتَ عَلَيْهِمْ عَطُوفاً بِجُودِكَ جَواداً بِفَضْلِكَ عَوّاداً بِكَرَمِكَ يا لا اِلـهَ إلاّ اَنْتَ الْمَنّانُ ذُوالْجَلالِ وَالاِْكْرامِ .

 

Oxunuşu:

Allahummə inni əftətihul-qəulə bihəmdikə və əntiqu bis-səna`i ələykə və uməccidukə və la ğayətə limədhikə və usni ələykə və mən yəbluğə ğayətə səna`ikə və əmədə məcdikə və ənni lixəliqətikə kunhu mə`rifəti məcdikə və əyyə zəməni ləm təkun məmduhən bifəzlikə məusufən biməcdikə əvvadən ələl-muznibinə bihilmikə təxəlləfə sukkanu ərzikə ən taətikə fəkuntə ələyhim ətufən bicudikə cəvadən bifəzlikə əvvadən bikərəmikə ya la ilahə illa əntəl-mənnanu zul-cəlali vəl-ikram.

 

Tərcüməsi:

İlahi, mən Sənin tərifinlə sözə başlayıram və Sənə həmdu-səna deməklə nitqə gəlirəm və Sənin böyüklüyünü mədh edirəm. Halbuki, Sənin mədhinin və həmdu-sənanın sonu yoxdur. Kim Sənin böyüklüyünün və fəzilətinin sonuna çata bilər. Sənin yaratdıqların necə və hansı yolla səndəki böyüklüyün həqiqi mərifətini əldə edə bilər?! Hansı zaman olub ki, Sən fəzilət və ehsanla mədh və böyüklüyünlə vəsf olunmayasan?! Sən Öz helminlə günahkarlara çox ehsan edənsən. Sənin yaratdığın yerin sakinləri hər nə qədər itaətindən boyun qaçırsalar da, Sən yenə də onlara mehriban olacaq, Öz səxavətinlə, Öz fəzlinlə onlara ehsan və Öz kərəminlə əta edəcəksən. Nemət bağışlayan, cəlal və kərəm sahibi olan Səndən başqa tanrı yoxdur.

 

Sonra həzrət buyurdu: Ey Müfəzzəl, qarşına zəruri bir hacətin çıxan zaman Cəfər namazını qıl və bu duanı oxu, istəyini Allahdan istə ki, inşaallah hacətini yerinə yetirər.

 

Müəllif deyir: Şeyx Tusi hacətin yerinə yetməyi üçün İmam Sadiqdən (ə) rəvayət edib: Çərşənbə axşamı, cümə axşamı və cümə günü oruc tut. Cümə axşamı sona çatdıqda 10 miskinə bir müdd (təqribən 10 sir miqdarında, 750 qr.) yemək sədəqə ver. Cümə gününün başlanğıcında qüsl et və çölə tərəf get, cənab Cəfərin namazını qıl, dizlərini açaraq yerə qoy və de:

يا مَنْ اَظْهَرَ الْجَميلَ وَسَتَرَ (عَليَّ) الْقَبيحَ يا مَنْ لَمْ يُؤاخِذْ بِالْجَريرَةِ وَلَمْ يَهْتِكِ السِّتْرِ يا عَظيمَ الْعَفْوِ يا حَسَنَ التَّجاوُزِ يا واسِعَ الْمَغْفِرَةِ يا باسِطَ الْيَدَيْنِ بِالرَّحْمَةِ يا صاحِبَ كُلِّ نَجْوى يا مُنْتَهى كُلِّ شَكْوى يا مُقيلَ الْعَثَراتِ يا كَريمَ الصَّفْحِ يا عَظيمَ الْمَنِّ يا مُبْتَدِئاً باِلنِّعَمِ قَبْلَ اسْتِحْقاقِها يا رَبّاهُ يا رَبّاهُ يا رَبّاهُ

 

Oxunuşu:

Ya mən əzhərəl-cəmilə və sətərə (ələyyə) əl-qəbihə ya mən ləm yu`əxiz bil-cərirəti və ləm yəhtikis-sitrə ya əziməl-əfvi ya həsənət-təcavuzi ya vasi`əl-məğfirəti ya basitəl-yədəyni bir-rəhməti ya sahibə kulli nəcva ya muntəha kulli şəkva ya muqiləl-əsərati ya kəriməs-səfhi ya əziməl-mənni ya mubtədiən bin-ni`əmi qəbləs-tihqaqiha ya rəbbahu ya rəbbahu ya rəbbah

 

Tərcüməsi:

Ey gözəlliyi ortaya çıxaran və çirkinliyi (mənə) örtən, ey günaha görə qulları cəzalandırmayan və -günahkarların- pərdəsini cırmayan; ey əfvi uca olan, ey -qüsurlarından- gözəlliklə keçən, ey bağışlamağı (məğfirəti) geniş olan, ey rəhmət üçün əlləri açıq olan, ey bütün pıçıliılardan xəbərdar olan, ey bütün şikayətlərin mərcii (qayıdış yeri), ey yanlış işləri bağışlayan, ey bağışlaması kərim olan, ey lütfkarlığı böyük olan, ey qullara ləyaqətləri çatmadan nemət verən, ey rəbbim, ey rəbbim, ey rəbbim.

يا اَللهُ يا اَللهُ يا اَللهُ
10 dəfə - Ya Allahu, ya Allahu, ya Allah (Ey Allah)

يا سَيِّداهُ يا سَيِّداهُ يا سَيِّداهُ
10 dəfə - Ya səyyidahu, ya səyyidahu, ya səyyidah (Ey sərvər)

يا مَوْلاهُ يا مَوْلاهُ
10 dəfə - Ya Məuləhu, ya məuləhu, ya məuləh (Ey mövla)

يا غياثاه
10 dəfə - Ya ğiyasahu (Ey pənah)

غاية رغبتاه
10 dəfə - Ya ğayətə rəğbətahu (Ey rəğbətin nəhayəti)

يا رحمان
10 dəfə - Ya rəhmanu (Ey mərhəmətli)

يا رحيم
10 dəfə - Ya rəhimu (Ey rəhmli)

يا رَجاءاهُ
10 dəfə - Ya rəcahu (Ey ümid)

يا مُعْطِىَ الْخَيْراتِ
10 dəfə - Ya mu`tiyəl-xəyarti (Ey xeyir əta edən)

صَلِّ عَلى مُحَمَّد وَآلِ مُحَمَّد كَثيراً طَيِّباً كَاَفْضَلِ ما صَلَّيْتَ عَلى اَحَد مِنْ خَلْقِكَ
10 dəfə - Salli əla Muhəmmədin və Ali Muhəmməd kəsirən təyyibən kə`əfzəli ma salləytə əla əhədin min xəlqikə. (Öz bəndələrindən birinə göndərdiyin ən fəzilətli salavatlar kimi Məhəmməd və Ali Məhəmmədə çoxlu pakizə salavat (dualar) göndər)

Daha sonra hacətini istə.

Müəllif deyir: Hacətlərin yerinə yetməsi üçün bu üç gün ərzində oruc tutmaq və cümə günü zöhr vaxtı iki rəkət müstəhəb namaz qılmaq barədə çoxlu rəvayət varid olmuşdur.


Məqalənin hazırlanmasında “Məfatihul-cinan” kitabından istifadə olunub.



Orphus system Mətndə səhv var? Onu mausla seçin və "Ctrl+Enter" düyməsini basın 

Bölmənin digər yazıları



XƏBƏR LENTİ

XƏBƏRLƏRİN ARXİVİ





Namaz vaxtları

Sübh Azanı
Günəş Çıxır
Günorta Azanı
Axşam Azanı
Gecə Yarısı
Bölgələrdə vaxt ölçüsünün Bakı ilə fərqi (dəqiqə)

Ağdam +11, Ağdaş +10, Ağsu +5, Ağcabədi +10, Ağstafa +18, Astara +4, Babək +18, Balakən +5, Beyləqan +10, Bərdə +11, Cəlilabad +6, Cəbrayıl +12, Culfa +18, Daşkəsən +15, Şabran +4, Şirvan +4, Füzul +11, Göyçay +8, Gəncə +14, Gədəbəy +16, Goranboy +12, Horadiz +10, Göygöl +14, Xaçmaz +4, İsmayıllı +6, İmişli +7, Kəlbəcər +15, Kürdəmir +6, Qax +11, Qazax +19, Qazıməmməd +4, Qəbələ +8, Quba +5, Qusar +4, Laçın +14, Lənkəran +5, Lerik +7, Masallı +5, Mərəzə +3, Mingəçevir +11, Marneuli (Tiflis) +20, Naxçıvan +18, Neftçala +3, Oğuz +11, Ordubad +16, Saatlı +6, Sabirabad +6, Salyan +4, Siyəzən +3, Sumqayıt +1, Şamaxı +6, Şahbuz +18, Şəki +12, Şəmkir +15, Şərur +18, Şuşa +13, Tərtər +12, Tovuz +16, Yardımlı +8, Yevlax +11, Ucar +8, Zaqatala +15, Zəngilan +13, Zərdab +9

|
Gün Ay İl
Miladi
Hicri

              

Həftənin günü: Julian Day:

1 Məhərrəm 7 Rəcəb
2 Səfər 8 Şaban
3 Rəbiul-əvvəl 9 Ramazan
4 Rəbiul-axır 10 Şəvval
5 Cəmadil-əvvəl 11 Zilqədə
6 Cəmadiul-axır 12 Zilhiccə

YAZARLAR

Sorğu

Saytımızda hansı mövzularda məqalələrin daha çox olmasını istərdiniz?
Əhkam
Əqaid
Quran
Əxlaq
Ailə
Həyat dərsləri
Sağlamlıq
Xəbərlər

Arxiv



XƏBƏRLƏRƏ ABUNƏ

Buradan abunə olaraq gün ərzində saytımıza yerləşdirilən məlumatları elektron poçtunuzdan oxuya bilərsiniz





SOSİAL MEDİA





Saytın Xəritəsi

Saytımızı tam şəkildə izləmək üçün GoogleCrome10+, Opera 9+,Yandex brazerlərindən istifadə edin.