Cəmil Həsənli: Belə məsələləri çox da qurdalamaq lazım deyil

Bildiyimiz kimi, dünən Azərbaycan Demokrat Partiyasının qərargahında (ADP) Siyasi Partiyaların Demokratiya və İnsan Haqları Mərkəzi “Azərbaycanda demokratiyanın vəziyyəti” mövzusunda konfrans keçirib. 
 
Əksər siyasi təşkilatların qatıldığı konfransda, müxalifət düşərgəsindən AXCP və VHP təmsilçiləri, eləcə də Milli Şuranın sədri Cəmil Həsənli iştirak etməyib. 
 
Bunun səbəblərini öyrənmək üçün müraciət etdiyimiz Milli Şura sədri, professor Cəmil Həsənli aznews.az-a yalnız bunları dedi: “Bu məsələni niyə dərinləşdirirsiz? Belə məsələləri çox da qurdalamaq lazım deyil. Milli Şura partiya deyil ki...”
 
Vətəndaş Həmrəyliyi Partiyasının Siyasi Şurasının üzvü Samir Əsədli isə bildirdi ki, anlaşılmazlıq baş verib: “Nəsə bir anlaşılmazlıq olub. Partiyanın tədbirə rəsmən dəvət almasından məlumatsızam. İştirak etməsək də, vətəndaş olaraq orada qaldırılan məsələləri insan hüquqları və demokratiya yolunda müsbət dəyərləndiririk”. 

Google+ WhatsApp ok.ru