Cənub bölgəsində daşqın olub

Lənkəran-Astara bölgəsinin çaylarında suyun səviyyəsi artıb, Boladıçay-Dıryanda daşqın olub. Əhalinin torpaq sahələrini su basıb.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin yaydığı məlumata görə, yağıntılı hava, özəlliklə, dağlıq ərazilərdə daşqın yaradıb. Leysan yağışları, dağlıq ərazilərdə sulu qar, qar intensivləşib.
 
Azərbaycanda ən çox yağıntı Lənkərənda müşahidə olunub. Sonrakı yerlərdə Astara və Lerikin adı gəlir.
 
Azərbaycanda yağıntılı hava davam edəcək.

Google+ WhatsApp ok.ru