Cəbhədə böyük itkilər verən düşmən yenə ənənəvi üsula əl atıb

Son dövrlər cəbhə bölgəsində böyük itkilər verən Ermənistan tərəfi, informasiya müharibəsində də iflasa uğramağa başlayıb. 
 
Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Arsurun Ovanisyan öz Facebook səhifəsində təmas xəttində Azərbaycan ordusunun öz kəndlərini atəşə tutması barədə cəfəng xəbər yayıb.
 
Qeyd edək ki, bu Ermənistan Müdafiə Nazirliyinin ilk belə bəyanatı deyil. Bir neçə gün əvvəl cəbhədə ermənilərin Pilotsuz Uçan Aparatı (PUA) vurulmuşdu. 
 
Ermənistan tərəfi Azərbaycanın öz pilotsuz aparatını vurduğunu iddia etmişdi. 

Google+ WhatsApp ok.ru