Cəmi 284 qram olaraq doğulan uşaq möcüzə şəklində yaşayır - FOTO

Dünyanın ən kiçik vaxtsız doğulan uşağı (premature) olan Amiliya Teylor möcüzəvi şəkildə yaşayır.
 
Maide.az xəbər verir ki, Amiliya Teylor anasının rəhminə düşdükdəən yalnız 21 həftə 6 gün sonra (5 aylıq olanda) dünyaya gəlmişdi.
 
Doğulanda cəmi 284 qram olan bu qız uşağı bir ovuca sığmayacaq qədər kiçik olub. Yaşamasına ümid olmayan bu uşaq 4 ay xəstəxanada ciddi həkim nəzarəti altında saxlanılıb. Bütün cəhdlərdən sonra bu xırdaca uşaq yaşamağı bacarıb.
 
Aylar keçdikcə normal inkişaf edən Amiliya hazırda digər uşaqlar kimi görünür. Onun səhhətində heç bir problemin olmadığı, fiziki baxımdan da normal inkişaf etdiyi bildirilir./
 
 
 
 

Google+ WhatsApp ok.ru