Cəbhədəki gərginliyə görə Anjey Kaspşik Bakıya gəlir 07 Sentyabr 2015 01:00 Qarabağ xəbərləri ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində atəşkəs rejiminin son vaxtlar intensiv pozulması və itkilərin artması hallarından narahatdır. Bu barədə ATƏT-in baş ofisindən məlumat verilib. Ofisdən bildirilib ki, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi bu həftə Azərbaycana səfər edəcək: “Səfir Anjey Kaspşik ATƏT-in Minsk Konfransına uyğun olaraq davamlı şəkildə mandatının funksiyalarını yerinə yetirmək üçün regiona səfər edir. O, Azərbaycana bu həftə reallaşdıracağı səfər zamanı Bakıda görülər keçirəcək. Kaspşik həmçinin mütəmadi olaraq vəziyyəti monitorinq etmək üçün ön cəbhəni ziyarət edir. O, atəşkəs rejiminin pozulması və itkilərin artması hallarından narahatdır”. Xatırladaq ki, sentyabrın 4-də ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığındakı qoşunların təmas xəttində keçirilən monitorinqdə iştirak edib. O 5 sentyabrda Ermənistanda olub və Ermənistan prezidenti Serj Sarkisyan ilə Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttindəki vəziyyətlə bağlı məsələləri müzakirə ediblər. Teqlər : #Cəbhədəki gərginliyə görə Anjey Kaspşik Bakıya gəlir, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru MN: Erməni silahlı bölmələri iriçaplı pulemyotlardan da istifadə etməklə atəşkəs rejimini 142 dəfə pozub Azərbaycan ordusu düşmən səngərlərinə 169 atəş zərbəsi endirib
‘Human Rights Watch‘ : Erməni qüvvələri qanunlara zidd olaraq hərbi və mülki hədəflər arasında fərq qoymadan Azərbaycana raket zərbələri endirib
15 noyabrda Kəlbəcər, 20 noyabrda Ağdam, 1 dekabrda isə Laçın Azərbaycana qaytarılır - Sazişin tam mətni