Cəmil Həsənlinin qızının apellyasiya şikayətinə baxış davam edib

Bakı Apellyasiya Məhkəməsində hakim Əflatun Qasımovun sədrliyi ilə Demokratik Qüvvələrin Milli Şurasının sədri Cəmil Həsənlinin qızı Günel Həsənlinin apellyasiya şikayətinə baxış davam edib.
 
Fevralın 22-də Yasamal rayon Məhkəməsi Günel Həsənlini 19 sentyabr 2014-cü ildə 87 yaşlı Adilə Səlimovanı maşınla vurmaqda təqsirli bilib və onu cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə bir il yarım müddətinə azadlıqdan məhrum edib.
 
Təqsirləndirilən şəxs özünü təqsirli bilmir, zərərçəkmiş özünü bu statusa uyğun görmür, işdə şahid yoxdur.
 
“Zərərçəkmiş” Adilə Səlimova bu cəzanı əsassız hesab edib. O bildirib ki, Günel onu maşınla vurmayıb, əksinə, yaşlı qadın küçədə özünü pis hiss edib yıxılanda ona kömək edib.
 
Apreldə Bakı Apellyasiya Məhkəməsi şikayətə istintaqla baxılmasından imtina edib. Müdafiə tərəfi Ali Məhkəməyə kassasiya şikayəti verib, bu şikayət təmin edilməyib.
 
Sentaybrın 11-də Bakı Apellyasiya Məhkəməsi şikayətə mahiyyəti üzrə baxılmasına başlayıb.
 
Vəkil Aduil İsmayılov zərərçəkmiş kimi tanınmış Adilə Səlimovanın ayağında qırıq olduğunu əks etdirən 2007-ci il tarixli rentgen görüntüsünü təqdim edib, bundan sonra o, çətinliklə hərəkət edir. Lakin məhkəmə-tibb ekspertizası bunu “görməyib”.
 
Vəkil məhkəməyə təqdim etdiyi sənədin araşdırılmasını istəyib.
 
Sentyabrın 14-də keçirilən məhkəmə iclasında prokuror Səlimovanın 2007-ci ildə aldığı xəsarətlə bağlı rentgen məlumatının nəzərə alınmamasını məhkəmədən xahiş edib. “Məhkmə-tibb ekspertizası 2014-cü ildə baş verən qəza zamanı xəsarətlə bağlı arayış verib. Bu zaman Səlimovanın 2007-ci ildə aldığı xəsarətin nəticələrinin nəzərə alınmaması vacib deyil”, deyə o qeyd edib
 
Vəkil Adil İsmayılov Adilə Səlimovanın hərəkətinin məhdulaşmasının 2007-ci il xəsarəti ilə bağlı olduğunu bir daha məhkəmə heyətinin diqqətinə çatdırıb.
 
Adilə Səlimovanın özü də 2007-ci ildə oğlu rəhmətə gedərkən yıxıldığını və ayağının sındığını bildirib.
 
“Günel Həsənli mənə xəsarət yetirməyib. Əksinə, məni xəstəxanaya aparıb. Xəstəxanaya yeriyə-yeriyə getmişəm. Həkimlər hər-hansı xəsarətimin olmadığını bildirib. Sadəcə ayağımda duzlaşma var idi. Ona görə də Günel Həsənli mənə dərmanlar aldı. İndi 87 yaşım olmasına baxmayaraq, özüm heç bir çətinlik çəkmədən yeriyə-yeriyə məhkəməyə gəlmişəm”, deyərək, o, məhkəmə zalında özü yeriyərək gedib ptrokurorun yanında oturub. 
 
Bu zaman zaldan müşahidəçilərdən biri “bu məhkəmənin prokuroru sizsiniz”, deyə Səlimovaya müraciət edib.
 
Beləliklə, məhkəmə vəsatəti təmin etməyib.
 
Məhkəmə sentyabrın 23-də vəkillərin çıxışı ilə davam edəcək.contact/

Google+ WhatsApp ok.ru