Cəmil Həsənlinin deputat siyahısı dübbədüz çıxdı – MSK nəticələri açıqladı

Mərkəzi Seçki Komissiyası 1 noyabr seçkisi ilə parlamentə kimlərin düşəcəyinə dair ilkin nəticələri açıqlayıb. Nəticələri jurnalistlər üçün MSK sədri Məzahir Pənahov səsləndirib. 

MSK-nın açıqladığı siyahını Milli Şuranın sədri Cəmil Həsənlinin hələ oktyabrın əvvəllərində proqnozlaşdırdığı siyahı ilə tutuşdurduqda, Milli Şura sədrinin 96% dəqiqlik göstərdiyi bəlli olur.

Aşağıda C.Həsənlinin tərtib edib, açıqladığı siyahını təqdim edirik. Qarşısında + işarəsi olanlar MSK-nın siyahısında da “qalib” kimi göstərilir. Hansı dairədə “qalib” fərqli adamdırsa, adı C.Həsənlinin proqnozlaşdırdığı şəxsin adının qarşısında yazılıb. 

MSK-nın siyahısı ilə C.Həsənlinin siyahısı arasında cəmi 5 dairədə fərq var. 

Beləliklə, C.Həsənlinin proqnozlaşdırdığı deputat tərkibini izah etdiyimiz qeydlərlə bir daha diqqətinizə çatdırırıq:

1 saylı Şərur-Sədərək seçki dairəsi – Talıbov Vasif Yusif oğlu +
2 saylı Şərur seçki dairəsi – Həbibbəyli İsa Əkbər oğlu +
3 saylı Babək-Kəngərli-Naxçıvan dairəsi – Mehbalıyev Səttar Suliddin oğlu +
4 saylı Naxçıvan şəhər seçki dairəsi – İbrahimov Eldar Rza oğlu +
5 saylı Şahbuz-Babək seçki dairəsi – Novruzov Siyavuş Dünyamalı oğlu +
6 saylı Culfa-Babək seçki dairəsi – Həmzəyeva Ülviyyə Tapdıq qızı +
7 saylı Ordubad-Culfa dairəsi – Həsənquliyev Qüdrət Müzəffər oğlu +
8 saylı Binəqədi birinci seçki dairəsi – Quliyev Azay Əjdər oğlu +
9 saylı Binəqədi ikinci seçki dairəsi – Qafarov Kəmaləddin Nəsrəddin oğlu +
10 saylı Binəqədi üçüncü seçki dairəsi – Musayev Madər Ələsgər oğlu +
11 saylı Qaradağ seçki dairəsi – Hüseynov Aydın Nəsir oğlu +
12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsi – Zabelin Mixail Yuryeviç +
13 saylı Xəzər-Pirallahı seçki dairəsi – Əliyev Rauf Asif oğlu +
14 saylı Xəzər seçki dairəsi – Əliyeva Mehriban Arif qızı +
15 saylı Yasamal birinci seçki dairəsi – Quliyev Ülvi Zahid oğlu +
16 saylı Yasamal ikinci seçki dairəsi – Mustafayeva Aytən İnqlab qızı +
17 saylı Yasamal üçüncü seçki dairəsi – İlhamiyyə Rza Faiq qızı – Həsənov Elşad Eldar oğlu
18 saylı Nərimanov-Nizami seçki dairəsi – Musabəyov Rasim Nəsrəddin oğlu +
19 saylı Nərimanov birinci seçki dairəsi – Məmmədov Hikmət Baba oğlu +
20 saylı Nərimanov ikinci seçki dairəsi – Əliyev Adil Abış oğlu +
21 saylı Nəsimi birinci seçki dairəsi – İbrahimqızı Məlahət İbrahim qızı +
22 saylı Nəsimi ikinci seçki dairəsi – Mollazadə Asim Nazim oğlu +
23 saylı Nəsimi-Səbail seçki dairəsi – Səmədzadə Ziyad Əliabbas oğlu +
24 saylı Nizami birinci seçki dairəsi – Abdullayev Rövnəq İbrahim oğlu +
25 saylı Nizami ikinci seçki dairəsi – Vəliyeva Sədaqət Süleyman qızı +
26 saylı Sabunçu birinci seçki dairəsi – Mustafa Fazil Qəzənfər oğlu +
27 saylı Sabunçu ikinci seçki dairəsi – Cəbrayılova Dilarə Məmmədağa qızı +
28 saylı Sabunçu üçüncü seçki dairəsi – Quliyev Eldar Allahyar oğlu +
29 saylı Səbail seçki dairəsi – Hacıyev Şəmsəddin Hümbət oğlu +
30 saylı Suraxanı birinci seçki dairəsi – Fətəliyeva Sevinc Həbib qızı +
31 saylı Suraxanı ikinci seçki dairəsi –Quliyev Fərəc İbrahim oğlu +
32 saylı Suraxanı üçüncü seçki dairəsi – Abıyev Ağacan Qulam oğlu +
33 saylı Xətai birinci seçki dairəsi – Mirələmov Hüseynbala Fazil oğlu +
34 saylı Xətai ikinci seçki dairəsi – Muradov Fuad Rauf oğlu +
35 saylı Xətai üçüncü seçki dairəsi – Əlizadə Araz Məmməd Mübariz oğlu +
36 saylı Xətai dördüncü seçki dairəsi – Seyidov Səməd İsmayıl oğlu +
37 saylı Nizami birinci (Gəncə) seçki dairəsi – Kərimzadə Pərvin Orxan qızı +
38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsi – Həmzəyev Naqif Ələşrəf oğlu +
39 saylı Kəpəz birinci (Gəncə) seçki dairəsi – Fətiyev Xanlar Nuru oğlu +
40 saylı Kəpəz ikinci (Gəncə) seçki dairəsi – Quliyev Musa İsa oğlu +
41 saylı Sumqayıt birinci seçki dairəsi – Xəlilov Mirzəcan Mirzəmməd oğlu +
42 saylı Sumqayıt ikinci seçki dairəsi –Mirkişili Tahir Famil oğlu +
43 saylı Sumqayıt üçüncü seçki dairəsi – Babayev Muxtar Bahadur oğlu +
44 saylı Sumqayıt-Xızı seçki dairəsi – Salayev Hacı Hacıbaba oğlu +
45 saylı Abşeron seçki dairəsi – Əsədov Oqtay Sabir oğlu +
46 saylı Şirvan seçki dairəsi – Cəbrayılov Rəfael Kamil oğlu +
47 saylı Mingəçevir seçki dairəsi – Mirzəzadə Aydın Böyükkişi oğlu +
48 saylı Yevlax seçki dairəsi – Məmmədov İlham Kazım oğlu +
49 saylı Yevlax-Mingəçevir seçki dairəsi – Hüseynli Əli Məhəmməd oğlu +
50 saylı Abşeron-Qobustan dairəsi – Xanlarova Zeynəb Yəhya qızı +
51 saylı Qusar seçki dairəsi – Badamov Azər Camal oğlu +
52 saylı Quba seçki dairəsi – Əhmədov Vahid Qazməmməd oğlu +
53 saylı Quba-Qusar seçki dairəsi – Abramov Yevda Sasunoviç +
54 saylı Şabran-Siyəzən seçki dairəsi – Süleymanov Tahir Süleyman oğlu +
55 saylı Xaçmaz şəhər seçki dairəsi – Abbasova Lalə Gülbaba qızı – Eldəniz Səlimov Adil oğlu
56 saylı Xaçmaz kənd seçki dairəsi – Əliyev İlham Əli Səftər oğlu +
57 saylı Kürdəmir seçki dairəsi – Qəribov Nizami İsməli oğlu – Məmmədov Müslüm Mürsəl oğlu
58 saylı Hacıqabul-Kürdəmir seçki dairəsi –Hüseynov Rəfae Baba oğlul +
59 saylı Salyan seçki dairəsi – Hüseynov Əliağa İzzət oğlu +
60 saylı Sakyan-Neftçala dairəsi – Ağamalı Fəzail Rəhim oğlu +
61 saylı Neftçala seçki dairəsi – Rəhimzadə Arif Qafar oğlu +
62 saylı Saatlı seçki dairəsi – Amaşov Əflatun Əhməd oğlu +
63 saylı Sabirabad birinci seçki dairəsi – Hüseyn Pənah Çodar oğlu – Quliyev Elçin Bəybala oğlu
64 saylı Sabirabad ikinci seçki dairəsi – Xəlilov Rüstəm Gülabba oğlu +
65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsi – Əmiraslanov Əhliman Tapdıq oğlu +
66 saylı Biləsuvar dairəsi – Kazımlı Xanhüseyn Hüseynağa oğlu +
67 saylı Cəlilabad şəhər seçki dairəsi – Həsənov Malik Əvəz oğlu +
68 saylı Cəlilabad kənd seçki dairəsi – Kazımov Mirkazım Məhəmməd oğlu +
69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsi – İbrahimli Fəzail Feyruz oğlu +
70 saylı Masallı şəhər seçki dairəsi – Əliyev Nəriman Əlibala oğlu +
71 saylı Masallı kənd seçki dairəsi – Axundova Elmira Hüseyn qızı +
72 saylı Yardımlı-Masallı seçki dairəsi – Qasımlı Musa Cəfər oğlu +
73 saylı Lənkəran şəhər seçki dairəsi – Quliyev Rüfət Atakişi oğlu +
74 saylı Lənkəran kənd seçki dairəsi – Rəcəbli Hadı Musa oğlu +
75 saylı Lənkəran-Masallı seçki dairəsi – Paşazadə Cavanşir Hümmət oğlu +
76 saylı Lənkəran-Astara seçki dairəsi – Əsgərov Ziyafət Abbas oğlu +
77 saylı Astara seçki dairəsi – Mahmudov Rəşad Məmmədqulu oğlu +
78 saylı Lerik seçki dairəsi – Məmmədov İqbal Nəriman oğlu +
79 saylı İmişli seçki dairəsi – Qasımov Əsabil Qarakişi oğlu +
80 saylı İmişli-Beyləqan seçki dairəsi – Qənizadə Çingiz Aşralı +
81 saylı Beyləqan seçki dairəsi – İsmayılov Şahin Əmir oğlu +
82 saylı Ağcabədi seçki dairəsi – Rzayev Tahir Musa oğlu +
83 saylı Ağcabədi-Füzuli seçki dairəsi – Abbasov Aqil Məhəmməd oğlu +
84 saylı Füzuli seçki dairəsi – Muradova Bahar Əvəz qızı +
85 saylı Şamaxı seçki dairəsi – Süleymanov Elxan Sirac oğlu +
86 saylı İsmayıllı seçki dairəsi – Aslanov Novruz Davud oğlu +
87 saylı Ağsu-İsmayıllı seçki dairəsi – Kərimli Tahir Zayıdağa oğlu +
88 saylı Göyçay seçki dairəsi – Hacıyev Sabir Kamal oğlu +
89 saylı Göyçay-Ağdaş seçki dairəsi – Nəsirov Elman Xudam oğlu +
90 saylı Ağdaş seçki dairəsi – Əsədullayev Çingiz Rauf oğlu +
91 saylı Ucar seçki dairəsi – Hüseynov Vüsal Afqan oğlu +
92 saylı Zərdab-Ucar seçki dairəsi – Əliyeva Jalə Fazil qızı +
93 saylı Bərdə şəhər seçki dairəsi – Baxşəliyeva Gövhər Baxşəli qızı +
94 saylı Bərdə kənd seçki dairəsi – Orucov Zahid Məhərrəm oğlu +
95 saylı Tərtər seçki dairəsi –Alıyev Sahib Eyvaz oğlu +
96 saylı Goranboy-Naftalan seçki dairəsi – Aslanov Mahir Məhəmmədəli oğlu +
97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsi – Vəliyev Ağalar İsrafil oğlu +
98 saylı Şəmkir şəhər seçki dairəsi – Qafarova Sahibə Əli qızı +
99 saylı Şəmkir kənd seçki dairəsi – Əliyeva Sona Sakit qızı +
100 saylı Şəmkir-Daşkəsən seçki dairəsi – Bayramov Kamran Fərhad oğlu +
101 saylı Göygöl-Daşkəsən seçki dairəsi – Rzayev Rövşən Şükür oğlu +
102 saylı Samux-Şəmkir seçki dairəsi – Ələsgərov Valeh Feyruz oğlu +
103 saylı Gədəbəy seçki dairəsi – Hüseynova Sevinc Əmirəhməd qızı +
104 saylı Gədəbəy-Tovuz seçki dairəsi – Məmmədhəsənov Rafiq Musa oğlu +
105 saylı Tovuz seçki dairəsi – Paşayeva Qənirə Ələsgər qızı +
106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsi – İsmayılov İlyas Abbas oğlu – Ağayeva Ülviyyə Cavanşir qızı
107 saylı Qazax seçki dairəsi – Nəbizadə Kamran Telman oğlu +
108 saylı Ağstafa seçki dairəsi – Cəfərov Nizami Qulu oğlu +
109 saylı Balakən seçki dairəsi – Məhməliyev Nəsib Məhəmməd oğlu +
110 saylı Zaqatala seçki dairəsi – Elşən Musayev Məmmədhənifə oğlu +
111 saylı Zaqatala-Balakən seçki dairəsi – Əliyeva Kamilə Əlağa qızı +
112 saylı Qax seçki dairəsi – Kərimli Azər Şəmşid oğlu +
113 saylı Şəki şəhər seçki dairəsi – Mahmudov Yaqub Mikayıl oğlu +
114 saylı Şəki kənd birinci seçki dairəsi – Məsimli Əli Əhməd oğlu +
115 saylı Şəki kənd ikinci seçki dairəsi – Feyziyev Cavanşır Əyyub oğlu +
116 saylı Qəbələ dairəsi – Heydərov Fəttah Səməd oğlu +
117 saylı Oğuz-Qəbələ seçki dairəsi – Naxçıvanlı Aqiyə Həbib qızı +
118 saylı Ağdam şəhər seçki dairəsi – Əliyev Bəxtiyar Həmzə oğlu +
119 saylı Ağdam kənd seçki dairəsi – Sadıqov Bəxtiyar Yusif oğlu +
120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsi – Şahverdiyev Astan Nuşrəvan oğlu +
121 saylı Laçın seçki dairəsi – Abbaszadə Mahir Tapdıq oğlu +
122 saylı Xankəndi dairəsi – Qasımova Flora Qasım qızı +
123 saylı Kəlbəcər seçki dairəsi – Qurbanov Cavid Qənbər oğlu +
124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsi – Məmmədov Elman Camal oğlu +
125 saylı Zəngilan-Qubadlı seçki dairəsi – İsmayılov İmamverdi İbiş oğlu +

Google+ WhatsApp ok.ru