Cənubi Kiprdə məscid yandırıldı

Cənubi Kiprin yunanlar yaşayan Denya bölgəsində yerləşən tarixi məscid bu gün səhər yandırılıb.
 
Maide.az xəbər verirki, tarixi məscid hələlik kimliyi müəyyənləşməyən şəxs və ya şəxslər tərəfindən yandırılıb. Yanğınsöndürənlərin müdaxilə etdiyi yanğında, Denya məscidinin taxta damındakı alovların çətinliklə söndürüldüyü bildirilib.
 
Prezident Akıncı məsələyə dair verdiyi bəyanatda, hadisədən narahat olduqlarını bildirərək, yunan lider Nikos Anastasiadisin cinayətkarların tapılması üçün hər cür səylərin göstərilməsini və bu səyin sözdə qalmamasını istədiyini vurğulayıb.

Google+ WhatsApp ok.ru