Cəbhədə gərginlik: ​Düşmən Tərtəri ağır artilleriyadan atəşə tutub: 1 nəfər ölüb, 2 mülki şəxs yaralanıb

Bu gün gecə 4 radələrindən etibarən Ermənistan silahlı bölmələrinin Tərtərin Qapanlı kəndini iriçaplı pulemyot və ağır artilleriyadan atəşə tutması nəticəsində 1 mülki şəxs ölüb, 2 nəfər yaralanıb.
Tərtər Rayon İcra Hakimiyyətinin Qapanlı kəndi üzrə nümayəndəsi Lətif Kərimlinin "Report"a verdiyi məlumata görə, Ermənistan istiqamətindən atılan mərminin "VAZ-2107" markalı minik avtomobilinin üzərinə düşməsi nəticəsində, Ağdam rayonundan məcburi köçkün olan Cəlal Rəhimov və onun qardaşı oğlu Orxan Rəhimov yaralanıb. Cəlal Rəhimov sonradan xəstəxanada dünyasını dəyişib.
Orxan Rəhimovun vəziyyəti ağırdır. Digər yaralı Sərvan Məmmədovdur
Qeyd edək ki, bu gün gecə saat 2 radələrindən başlayaraq Ermənistan silahlı bölmələri cəbhənin Tərtər rayonu istiqamətində atəşkəs rejimini pozub.
Atışma səhər saatlarınadək davam edib.
Yerli sakinlərin sözlərinə görə, Tərtərin Qapanlı kəndini atəşə tutan düşmən qüvvələri iri çaplı pulemyot və ağır artilleriyadan istifadə ediblər. Partlayış səsləri Bərdə rayonunda da eşidilib. /
 

Google+ WhatsApp ok.ru