Cəbhə bölgəsində dinc sakinlərin təhlükəsizliyi necə həyata keçirilməlidir?

Bildiyimiz kimi 2-6 aprel tarixlərindəki 4-günlük döyüşlər zamanı uğurlarımıza bahəm, çatışmayan cəhətlərimizdə üzə çıxdı. Çatışmayan cəhətlərdən biri müharibə getdiyi zonalarda dinc sakinləri lazımı dərəcədə təhlükəsiz yerlərə, sığınacaqlara aparılmaması oldu. 
 
Məsələyə aydınlıq gətirmək Müdafi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı ilə əlaqə saxladıq. Lakin cənab Dərgahlının telefonuna başqası cavab verərək, özümüz əlaqə saxlayacayıq deyib, sualımızı cavabsız qoyması, sualımızı hərbi-ekspert Üzeyir Cəfərova yönəltməyə məcbur etdi. 
 
Müsahibimiz Ü.Cəfərov Maide.az-a açıqlamasında vurğuladı ki, "Bəli, bu cür xoşagəlməyən hallar yaşandı və bu cür hadisələrə də cavabdeh güc strukturları olmalıdır"
 
"Əvvəla, onu qeyd edim ki, aprelin əvvəllərində cəbhənin ayrı-ayrı istiqaməttlərində baş verən silahlı toqquşmalar zamanı Silahlı Qüvvələrimizin böyük uğura imza atması sözsüz ki, hamımızı ürəkdən sevindirdi. Çünki bu 1994-cü ildən bu yana ilk dəfə idi ki, mənfur və məkrli düşmən layiq olduğu cəzanı necə lazımdırsa aldı. Bunu da onlara Azərbaycan Əsgəri yaşatdı. Yəqin ki, bədnam qonşularımız hələ uzun müddət aldığı zərbəni unutmayacaqlar".
 
Baş vermiş nöqsanlara qaldıqda, bu cür mənfi hallar cox üzücü və qəbul edilməzdir:
 
Baş vermiş hadisə eyni zamanda bəzi ciddi məsələləri də gündəliyə gətirdi ki, bu məsələ ilə müvafiq icra strukturları, yerli özünüidarəetmə orqanları da yaxından məşğul olmalı idilər. Amansız düşmən dinc sakinlərimizin yaşadıqları əraziləri uzaqvuran toplardan və minaatanlardan atəşə tuturdular. Bu, müharibə olduğundan, sözüsüz ki, ölənlərimiz və yaralanalarımız da oldu. Sadəcə baş verənlər bəzi icra strukturları üçün bir təcili addımların atılması məsələsini gündəmə gətirdi. Çox təəssüf ki, bomba və hava zərbələrindən insanların müdafiə olunması üçün sığınacaq və digər zəruri yerlər olmadığından, çox ağır itkilərə məruz qala bilərdik. Lakin şükürlər olsun ki, düşmənin endirdiyi artilleriya zərbələri heç də həmişə hədəfləri düzgün vura bilmirdi.
Amma bu bizi əsla sakitləşdirməməlidir. Təcili şəkildə lazımı addımlar atılmalıdır. Nə  qədər ki, Qarabağ məsələsi öz həllini tapmayıb, bu cür vacib məsələlərə diqqəti azaltmağa haqqımız yoxdur. Bu məsələ ilə birinci növbədə Fövqəladə Hallar Nazirliyinin yerlərdəki müvafiq idarə və şöbələri məşğul olmalırlar. Onlar yeraltı sığınacaqların təşkil olunması, orada sığınacaq insanların ən azından bir müddət təhlükəli ərazilərdən evakuasiya olunanadək,ərzaq və su təminatı ilə lazımı şəkildə təchiz olunması həyata keçirilməlidir. Yoxsa, Allah göstərməsin, baş verə biləcək ağır fəsadlara görə kimlərsə azadlığını belə itirə bilərlər. Bu  adi bir söz deyil. Bu fikrin arxasında çox ciddi narahatçılığın olmasını başa düşmək gərəkdir.
 
Məsələnin ciddiliyini nəzərə alaraq,  Fövqəladə Hallar Nazirliyi mətbuat xidməti ilə əlaqə saxladıq. Nazirliyin sözçüsü bizə bildirdi ki, suallara yazılı cavab veririk. Sualımızı unvanlayıb, cavabını gözləyirik. Mövzunu diqqətdə saxlayacayıq./

Google+ WhatsApp ok.ru