Cəlilabadda elektrik xətləri təhlükə saçır

Cəlilabadın Uzuntəpə kəndində bir neçə küçənin elektrik xətləri təhlükəyə çevrilib. Naqillər sallanaraq insanların toxuna biləcəyi səviyyə düşüb. Kəndlilərin sözlərin görə, zəif külək əsəndə belə xətlər qırılaraq düşür. Bəzəndə qısaqapanma nəticəsində evlərdə olan elektrik avadanlıqları sıradan çıxır.
 
Yaşayış evlərinə gedən elektrik xətləri o vəziyyətə düşüb ki, sallanan naqillər insanların toxuna biləcəyi səviyyədədir. Görüntülər Cəlilabadın Uzuntəpə kəndindəndir. Sakinlər deyirlər ki, dirəklər köhnə olduğundan bəzən qırılaraq aşır. Ona görə də naqillər sallanır.
 
Elektrik naqilləri yerdən bir neçə metr məsafəyə qədər aşağı düşüb. Kəndlilərin sözlərin görə zəif külək əsəndə belə xətlər qırılaraq düşür. Bundan başqa tez-tez qısaqapamaların yaranmasına səbəb olur ki, bunun nəticəsində evlərdə olan elktik avadanlıqları sıradan çıxır.
 
Kəndlilər deyirlər ki, mövcud vəziyyət onların kənd təsərrüfatı işləri görməsinə də mane olur. Əksər sahələrdə elektrik naqilləri texnikaların sərbəst işləməsinə mane olur. “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev “XəzərXəbər”ə bildirdi ki, bu problemdən qurumun xəbəri var. Onun sözlərinə görə, mövcud vəziyyət tək Cəlilabadda yox bir neçə rayonda var. Bununla baglı qeydiyyatlar aparılıb,növbəlilik əsasında təmir bərpa işləri aparılır.
 

Google+ WhatsApp ok.ru