Cənubi Sudanda vəbadan ölənlərin sayı 21 nəfərə çatıb

Cənubi Sudanda vəbadan ölənlərin sayı 21 nəfərə çatıb

Xəstəliyə yoluxanların sayı 600 nəfərə yaxınlaşır
 
Cənubi Sudanda baş qaldıran vəba xəstəliyi qurbanlarının sayı 21 nəfərə çatıb, ona yoluxanların sayı isə 600 nəfərə yaxınlaşır.
 
"Report" xəbər verir ki, bu barədə BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik məlumat verib.
 
"Ümumdünya Səhiyyə Təşkilatının məlumat verib ki, iyul ayının sonlarına olan vəziyyətə görə, Cənubi Sudanda vəbanın baş qaldırması 21 nəfərin ölümü ilə nəticələnib.
 
586 yoluxma halı barədə məlumat daxil olub. Orta hesabla, xəstəxanalara gündə 35 nəfər yerləşdirilir", - deyə o bildirib. /

Google+ WhatsApp ok.ru