Cənub bölgəsində sürüşmə və uçqun sahələri aktivləşib 19 Sentyabr 2016 01:00 Ölkə Sentyabrın əvvəllərində cənub bölgəsinə yağan yağışlar mövcud sürüşmə və uçqun sahələrində aktivləşməyə səbəb olub”. Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidməti Geoloji Planlama Ekspedisiyasının ekzogen geoloji proseslərin öyrənilməsi partiyasının rəisi Sadiq Əmiraslanov deyib. O bildirib ki, Astara rayonunda, Lənkəran-Lerik yolunun 17-19-cu, 27-29-cu, 45-47-ci kilometrliklərində monitorinq işləri aparılıb: “Yağıntılar cənub bölgəsində uçqun prosesinin əmələ gəlməsinə, mövcud sürüşmə sahələrində aktivləşməyə və bəzi sahələrdə yarğanların genişlənməsinə səbəb olub”. Partiya rəisi qeyd edib ki, cənub bölgəsində kiçik sahələrdə yeni sürüşmə sahələri əmələ gəlib. (apa) / Teqlər : #Cənub bölgəsində sürüşmə və uçqun sahələri aktivləşib , Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Sabaha olan hava proqnozu açıqlanıb Tezliklə Naxçıvan–Məşhəd qatarı işə düşəcək – Səfir (Foto)