Cəlilabadda güclü qar fərdi təsərrüfatlara, elektrik və rabitə dirəklərinə ziyan vurub - FOTO

Cəlilabadda güclü qar fərdi təsərrüfatlara, elektrik və rabitə dirəklərinə ziyan vurub - FOTO

Bəzi yerlərdə əkin sahələri su altına qalıb, torpaq sürüşməsi müşahidə olunub
 
Son iki gündə Cəlilabad rayonunun ucqar dağ kəndlərində yağan qar ziyansız ötüşməyib. 
 
Xəbər verilir ki, güclü qarın yağması nəticəsində rayonun Buravar, Badamağac, Şatırlı, Ləkin və Cəngan kəndlərində fərdi təsərrrüfatlara ziyan dəyib. Bağlardakı meyvə ağaclarının çoxu qarın ağırlığına tab gətirməyərək qırılıb. Yetişmiş meyvələri isə şaxta vurub.
 
Qar əridiyindən bəzi yerlərdə əkin sahələri su altında qalıb, torpaq sürüşməsi müşahidə olunub.
 
Qarın yağması rayonun daha çox Şatırlı və Buravar kəndlərində elektrik və rabitə təsərrüfatlarına da ziyan vurub. Bir neçə elektik və rabitə dirəyi aşıb. Nəticədə enerjinin verilişində fasilələr yaranıb. Hazırda müvafiq qurumlar həmin əraziyə cəlb olunub.
 
Rayon fövqəladə hallar komissiyasından verilən məlumata görə, hazırda Şatırlı və Buravar kəndlərində elektrik dirəkləri bərpa olunur, qarın törətdiyi fəsadlar aradan qaldırılır.  (report) /
 
 

 
 
 

Google+ WhatsApp ok.ru