Cəlilabadda qəbiristanlığın hasarı sökülərək oğurlanıb - FOTO

Cəlilabadda qəbiristanlığın hasarı sökülərək oğurlanıb - FOTO

Oğurluq edənlərin tapılması istiqamətində əməliyyat axtarış tədbirləri davam etdirilir
 
Cəlilabad rayonunda oğurluq hadisəsi baş verib.
 
“Report”un Aran bürosu xəbər verir ki, hadisə rayonun Cavadxan küçəsində yerləşən mərkəzi qəbiristanlıqda qeydə alınıb. Axşam saatlarında naməlum şəxs və ya şəxslər qəbiristanlığın yenicə çəkilmiş hasarının 50 metrlik hissəsini sökərək oğurlayıblar. Ətrafda yaşayan sakinlər isə bundan səhər saatlarında xəbər tutublar.
 
Küçədə yaşayan sakinlər deyiblər ki, bu ilk belə hadisə deyil. Bir müddət əvvəl də qəbiristanlığın müəyyən hissəsinə çəkilməsi üçün alınmış dəmir konstruksiyalı 30-dan çox hasar layları da naməlum şəxslər tərəfindən avtomobilə yüklənərək oğurlanıb.
 
Faktla bağlı polisə məlumat verilib.
 
Oğurluq edənlərin tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. /
 
 

Google+ WhatsApp ok.ru