Cənubi Sudanda yüzlərlə min insan aclıq təhlükəsilə üz-üzədir

Cənubi Sudanda yüzlərlə min insan aclıq təhlükəsilə üz-üzədir

Dünyada son altı ildə ilk dəfə olaraq Cənubi Sudanın bəzi bölgələrində aclıq elan olub.
 
Hökumət və Birləşmiş Millətlər Təşkilatı (BMT) 100,000 nəfərin aclıqla üzləşdiyini və daha bir milyon insanı isə aclıq təhlükəsinin gözlədiyini deyib.
 
Aclığa vətəndaş müharibəsi və iqtisadı böhranın səbəbkar olduğu deyilir.
 
Yəmən, Somali və Nigeriyanın şimal-şərqində aclıq xəbərdarlıqları olsa da, Cənubi Sudan aclıq elan edən ilk ölkədir.
 
BMT-nin Ümumdünya Ərzaq Proqramı (ÜƏP) gələn altı ay ərzində 20 milyon insanın aclıqla üzləşəcə biləcəyini deyib.
 
ÜAP-ın baş iqtisadçısı Arif Hüseyn təşkilatın işçilərinin müharibələr və quraqlıqlara görə son bir neçə il ərzində ilk dəfə dünyanın 4 fərqli yerində eyni zamanda aclıqların baş verəcəyini dediklərini vurğulayıb.
 
Beynəlxalq humanitar yardımın rekord səviyyədə paylanmasına baxmayaraq ehtiyacı olan adamlara kifayət qədər yardım yoxdur, o əlavə edib.(bbc)

Google+ WhatsApp ok.ru