Cəlilabadda torpaq sürüşməsi - Fotolar 22 Mart 2017 02:00 Ölkə Qış mövsümündə yağan intensiv yağıntılardan sonra Cəlilabadda sürüşməyə meyilli zonalarda aktivlik artıb. Maide.Az “Report”a istinadən xəbər verir ki, ən təhlükli vəziyyət rayonun Zəhmətabad kəndindəki ərazidə yaranıb. Burada təpəlik ərazidəki iri torpaq laylarının dərəyə doğru hərəkət etməsi nəticəsində ərazidə böyük çökəklik əmələ gəlib. Yerli sakinlər qarşıdan gələn yaz yağışlarında vəziyyətın daha da təhlükəli ola biləcəyindən ehtiyat edirlər. Məlumata görə, Zəhmətabad kəndindəki sürüşmənin çevrəsi hər gün genişlənir. Bu da yaxınlıqdakı evlər və təsərrüfatlar üçün təhlükəni artır. Cəlilabad-Yardımlı avtomobil yolunun yatağ hissəsi sürüşmə nəticəsində çöksə də nəqliyyat vastələrinin hərkəti üçün qabaqlayıcı tədbirlər görülüb. Lakin təhlükə hələ də qalmaqdadır. Bundan başqa sözügedən yolun Pərdi kəndindən keçən hissəsində də torpaq sürüşməsi nəticəsində yolun asfalt qatı çöküb. Teqlər : #Cəlilabadda torpaq sürüşməsi Fotolar, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Bayram günlərini karserdə keçirən Mövsüm Səmədova yenidən 2 aylıq karser cəzası verilib Yeni dərs ili üçün tələbə qəbulu QAYDALARI açıqlandı