Cəlilabadda mikroavtobus aşaraq yanıb, biri uşaq olmaqla səkkiz nəfər yanıq xəsarətləri alıb - YENİLƏNİB - SİYAHI

Cəlilabadda mikroavtobus aşaraq yanıb, biri uşaq olmaqla səkkiz nəfər yanıq xəsarətləri alıb - YENİLƏNİB - SİYAHI

Cəlilabadda baş verən ağır qəzada xəsarət alanların kimliyi məlum olub.
 
APA-nın cənub bürosunun verdiyi məlumata görə, mikroavtobusun aşaraq yanması nəticəsində rayonun Şiləvəngə kənd sakinləri - 11 yaşlı Nəzrin Qəhrəmanova, 29 yaşlı Ülkər Mahmudova,35 yaşlı Elnarə Əhmədova, 23 yaşlı Mələk Rəhimli, 25 yaşlı Rəvanə Abbasova, 48 yaşlı Xuraman Ağaşov, 27 yaşlı Tünzalə Fərəcova, 38 yaşlı Könül Mirzəyeva müxtəlif dərəcəli yanıq xəsarətləri alıblar.
 
Onlar ağır yanıq xəsarəti ilə hazırda reanimasiya şöbəsinə yerləşdiriliblər. Bəzilərinin vəziyyətinin ağır olduğu deyilir.
 
Mikroavtobus onları tarlaya işləməyə aparırmış.
 
Fakt araşdırılır.
 
****
 
Cəlilabadda mikroavtobus yanıb, yaralılar var. Hadisə rayonun Məlik Qasımlı kəndi ərazisində qeydə alınıb. Yerli sakinlərin sözlərinə görə, sərnişinləri tarlaya işləməyə aparan mikroavtobus anidən aşıb və sonra alovlanıb.
 
İlkin məlumata görə, mikroavtobusun salonunda çoxsaylı sərnişin olub. Yaralılar Cəlilabad Rayon Mərkəzi xəstəxanasına çatdırılıb.
 

Google+ WhatsApp ok.ru