Cənubi Sudanda 2 milyon insan aclıq təhlükəsi ilə üz-üzədir

Cənubi Sudanda 2 milyon insan aclıq təhlükəsi ilə üz-üzədir

Cənubi Sudanda ən azı 1,7 milyon nəfər aclıq ilə qarşı-qarşıyadır. Bu barədə Qırmızı Xaç və Qırmızı Aypara Cəmiyyətləri Federasiyasının Cənubi Sudandakı şöbəsinin başçısı Maykl Çarlz bildirib.  
 
Onun sözlərinə görə, iyunun 21-də Cənubi Sudanda aclığın sona çatdığı elan olunsa da, bu, təhlükənin tam aradan qaldırılması mənasına gəlmir. Ölkənin bir çox regionunda yerli əhali aclıqla qarşı-qarşıyadır və münaqişə tərəfləri işlərini davam etdirmələri üçün humanitar təşkilatların əməkdaşlarının ölkənin bütün rayonlarına sərbəst girişini təmin etməlidir. (azertac) /

Google+ WhatsApp ok.ru