Cəzaların çəkilməsi təxirə salına bilər

Cəzaların çəkilməsi təxirə salına bilər

Azərbaycan prezidenti məhkumların cəzalarını çəkməsinin təxirə salınması ilə bağlı qanunvericiliyə dəyişiklik layihəsi təklif edib.
 
Layinə Cinayət Məcəlləsinin 79-cu (hamilə qadınlar və azyaşlı uşaqları olan şəxslər tərəfindən cəzanın çəkilməsinin təxirə salınması) maddəsinə aiddir.
 
Layihəyə görə, 14 yaşına qədər uşağı olan qadınlar, habelə 14 yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilərin cəzalarını çəkmələri uşaq 14 yaşına çatanadək təxirə salına bilər.
 
İndiki qanunvericilikdə bu yaş 8 yaş həddindədir.
 
Layihənin oktyabrın 20-də Milli Məclisin iclasında müzakirəyə çıxarılması gözlənilir.(contact)

Google+ WhatsApp ok.ru