Cənubi Afrika Respublikasında Əhli-beyt (ə) ardıcıllarının  məscidinin açılışı olub - FOTO

Cənubi Afrika Respublikasında Əhli-beyt (ə) ardıcıllarının məscidinin açılışı olub - FOTO

-- Böyük İslam Peyğəmbəri (s) və İmam Cəfər Sadiqin (ə) mübarək mövludları ərəfəsində

Cənubi Afrika Respublikasının əhali sayına görə ikinci şəhəri Keyptaunda Əhli-beyt (ə) ardıcıllarının  məscidinin açılışı olub. 
 
Maide.Az xəbər verir ki,  Böyük İslam Peyğəmbəri (s) və İmam Cəfər Sadiqin (ə) mübarək mövludları ərəfəsində Keyptaun şəhərinin Ottery bölgəsində yeni məscidin açılışı olub. 
Əhli-beyt (ə) ardıcıllarının ilk məscidinin açılış mərasimində  ölkə rəsmiləri, deputatlar, universitet müəllim və tələbələri, Ottery bölgəsinin müsəlman və xristian dini rəhbərliyi və  İrandan bir sıra qonaqlar iştirak edib. 
 
Məsciddə eyni vaxtda  500-dən çox insanın namaz qılması üçün şərait var. Məsciddə həmçinin  dini təlimlər üçün dərs otaqları və kitabxanası mövcuddur. 
 
Açılış mərasimi ilə yanaşı İslam Peyğəmbəri (s) və İmam Cəfər Sadiqin (ə) mövludu münasibətilə  şənlik təşkil olunub.  Dini ilahilər səsləndirilib. 
 
 “Pew” Araşdırmalar Mərkəzinin 2009-cu ildə yaydığı hesabata əsasən, Cənubi Afrikada təqribən 1 milyon müsəlman yaşayır ki, onların 73 min nəfəri  Əhli-beyt (ə) ardıcılıdır.  Şiələrin Keyptaunda İslami Mərkəzləri olsada "Əhli-beyt" məscidi ilk məsciddir.  
 
 
 
 
 
 

 

Google+ WhatsApp ok.ru