CƏHƏNNƏMƏ GEDƏNLƏR-4

CƏHƏNNƏMƏ GEDƏNLƏR-4

Qurani-Kərimə əsasən, cəhənnəmə gedən şəxslərin siyahısı aşağıdakılardan ibarətdir:

 

 
Əvvəli BURADA 
 

23. Allah-Taalanın görüşünə ümid bəsləməyən və dünyaya bel bağlayanlar. “Yunus” surəsinin 7-8-ci ayələrində buyurulur:

إَنَّ الَّذِينَ لاَ يَرْجُونَ لِقَاءنَا وَرَضُواْ بِالْحَياةِ الدُّنْيَا وَاطْمَأَنُّواْ بِهَا وَالَّذِينَ هُمْ عَنْ آيَاتِنَا غَافِلُونَ. أُوْلَـئِكَ مَأْوَاهُمُ النُّارُ بِمَا كَانُواْ يَكْسِبُونَ

“Bizimlə qarşılaşacaqlarına (qiyamət günü dirilib hüzurumuzda duracaqlarına) ümid etməyənlərin, dünyanı bəyənib ona bel bağlayanların və ayələrimizdən qafil olanların – məhz onların qazandıqları günahlara görə düşəcəkləri yer Cəhənnəmdir!”

24. Zülmkarlara uyanlar. “Hud” surəsinin 113-cü ayəsində buyurulur:

وَلاَ تَرْكَنُواْ إِلَى الَّذِينَ ظَلَمُواْ فَتَمَسَّكُمُ النَّارُ وَمَا لَكُم مِّن دُونِ اللّهِ مِنْ أَوْلِيَاء ثُمَّ لاَ تُنصَرُونَ

“Zülm edənlərə meyil etməyin, yoxsa sizə atəş toxunar (cəhənnəmlik olarsınız). Sizin Allahdan başqa dostunuz (himayədarınız) yoxdur. Sonra sizə (dünyada da, axirətdə də) kömək olunmaz!”

25. İxtilaf və təfriqə salanlar. “Hud” surəsinin 119-cu ayəsində buyurulur:

وَلَوْ شَاء رَبُّكَ لَجَعَلَ النَّاسَ أُمَّةً وَاحِدَةً وَلاَ يَزَالُونَ مُخْتَلِفِينَ. إِلاَّ مَن رَّحِمَ رَبُّكَ وَلِذَلِكَ خَلَقَهُمْ وَتَمَّتْ كَلِمَةُ رَبِّكَ لأَمْلأنَّ جَهَنَّمَ مِنَ الْجِنَّةِ وَالنَّاسِ أَجْمَعِينَ

Əgər Rəbbin qəti iradə ilə istəsəydi, insanları tək (bir dində və bir şəriətə əməl edən) bir ümmət edərdi. (Lakin onları ixtiyar sahibi etdi) və onlar hələ də ixtilafdadırlar. Sənin Rəbbinin rəhm etdiyi (iman və birlik qismət etdiyi) kəslər istisna olmaqla. Onları elə buna görə yaratmışdır. Rəbbinin «şübhəsiz, Cəhənnəmi (azğın) cin və insanlarla büsbütün dolduracağam», – kəlməsi (əzəldən) qəti və tamam olmuşdur.

26. Allah-Taalanın dəvətini qəbul etməyənlər. “Rəd” surəsinin 18-ci ayəsində buyurulur:

لِلَّذِينَ اسْتَجَابُواْ لِرَبِّهِمُ الْحُسْنَى وَالَّذِينَ لَمْ يَسْتَجِيبُواْ لَهُ لَوْ أَنَّ لَهُم مَّا فِي الأَرْضِ جَمِيعًا وَمِثْلَهُ مَعَهُ لاَفْتَدَوْاْ بِهِ أُوْلَـئِكَ لَهُمْ سُوءُ الْحِسَابِ وَمَأْوَاهُمْ جَهَنَّمُ وَبِئْسَ الْمِهَادُ

“Rəbbinin dəvətini qəbul edənləri (Allaha və Onun Peyğəmbərinə itaət edənləri) ən gözəl nemət (Cənnət) gözləyir. Rəbbinin dəvətini qəbul etməyənlər isə yer üzündə olan hər şeyə (bütün sərvətə), üstəlik bir qədərinə də malik olsaydılar, onu (Allahın əzabından qurtarmaq üçün) fidyə verərdilər (lakin kafirlərdən heç bir fidyə qəbul olunmaz). Onları çox pis (çətin) bir haqq-hesab gözləyir (heç bir günahları bağışlanmaz). Onların məskəni Cəhənnəmdir. O, necə də pis yerdir.”

(Məlum olduğu kimi, Allahın dəvətinin nümunələrindən biri də namazdır.)

27. İlahi nemətlərə küfr edib nankor olanlar. “İbrahim” surəsinin 28-30-cu ayələrində buyurulur:

أَلَمْ تَرَ إِلَى الَّذِينَ بَدَّلُواْ نِعْمَةَ اللّهِ كُفْرًا وَأَحَلُّواْ قَوْمَهُمْ دَارَ الْبَوَار. جَهَنَّمَ يَصْلَوْنَهَا وَبِئْسَ الْقَرَارُ. وَجَعَلُواْ لِلّهِ أَندَادًا لِّيُضِلُّواْ عَن سَبِيلِهِ قُلْ تَمَتَّعُواْ فَإِنَّ مَصِيرَكُمْ إِلَى النَّارِ

“(Ya Rəsulum!) Məgər Allahın nemətlərini (nemətlərin şükrünü) nankorluğa dəyişənlərin və öz qövmlərini həlakət diyarına salanların halını görmədinmi?! Onlar Cəhənnəmə daxil olacaqlar. Ora necə də pis sığınacaqdır! Onlar (insanları) Allahın yolundan azdırmaq üçün Ona şəriklər qoşdular. De: (Bir neçə günlük bu dünyanızda) bəhrələnin ki, dönüşünüz mütləq oda tərəfdir.

28. Təkəbbürlülər. “Nəhl” surəsinin 29-cu ayəsində buyurulur:

فَادْخُلُواْ أَبْوَابَ جَهَنَّمَ خَالِدِينَ فِيهَا فَلَبِئْسَ مَثْوَى الْمُتَكَبِّرِينَ

“Elə isə, girin əbədi qalacağınız Cəhənnəmin qapılarına (təbəqələrinə). Təkəbbürlülərin məskəni necə də pisdir!”

(Bax: “Nisa” surəsi, ayə 173.)

29. Fəsad törədənlər. “Nəhl” surəsinin 88-ci ayəsində buyurulur:

الَّذِينَ كَفَرُواْ وَصَدُّواْ عَن سَبِيلِ اللّهِ زِدْنَاهُمْ عَذَابًا فَوْقَ الْعَذَابِ بِمَا كَانُواْ يُفْسِدُونَ

“Törətdikləri fitnə-fəsada görə küfr edən və (insanları) Allah yolundan döndərənlərin əzablarının üstünə bir əzab da artıracağıq!”

30. Axirət aləmini, qiyamət gününü və cəhənnəmi unudanlar. “İsra” surəsinin 9-10-cu ayələrində buyurulur:

إِنَّ هَـذَا الْقُرْآنَ يِهْدِي لِلَّتِي هِيَ أَقْوَمُ وَيُبَشِّرُ الْمُؤْمِنِينَ الَّذِينَ يَعْمَلُونَ الصَّالِحَاتِ أَنَّ لَهُمْ أَجْرًا كَبِيرًا. وأَنَّ الَّذِينَ لاَ يُؤْمِنُونَ بِالآخِرَةِ أَعْتَدْنَا لَهُمْ عَذَابًا أَلِيمًا

“Həqiqətən, bu Quran (bütün bəşəriyyəti) ən doğru yola yönəldir, yaxşı işlər görən möminlərə böyük bir mükafata nail olacaqları ilə müjdə verir! Axirətə inanmayanlar üçün isə şiddətli bir əzab hazırlamışıq!”

31. Dünyapərəstlər. “İsra” surəsinin 18-ci ayəsində buyurulur:

مَّن كَانَ يُرِيدُ الْعَاجِلَةَ عَجَّلْنَا لَهُ فِيهَا مَا نَشَاء لِمَن نُّرِيدُ ثُمَّ جَعَلْنَا لَهُ جَهَنَّمَ يَصْلاهَا مَذْمُومًا مَّدْحُورًا

Kim yalnız bu ötəri nəqdi (dünyanı) istəsə, Biz dünyada istədiyimiz şeyi istədiyimiz şəxsə verməkdə tələsər, sonra onun üçün Cəhənnəmi müəyyənləşdirərik ki, orada məzəmmət olunmuş və qovulmuş halda yanar.

 

Ardı var...

 

Rza Şükürlü (Maide.az)

 

Google+ WhatsApp ok.ru