Cənubi Afrika müsəlmanlarının ilk konfransı keçirildi

Cənubi Afrika müsəlmanlarının ilk konfransı keçirildi

Cənubi Afrika Respublikası müsəlmanlarının ilk konfransı (South Africa Black Muslim Confrence – SABMC) ölkənin ən böyük şəhəri olan Yohannesburq şəhərində aprel ayının 19-dan 21-dək keçirilib.
 
Maide.Az “İQNA”-a istinadən xəbər verir ki, CAR-ın əhalisinə görə ən böyük şəhəri Yohannesburqda keçirilən üç günlük konfransda tayfa başçıları, müsəlman alimlər, müsəlmanlar şurasının rəisi, siyasi aktivistlər, universitet ustadları və tələbələr iştirak edib.
 
Konfransın keçirilməsindən məqsəd Afrika müsəlmanlarının vəziyyətini və problemlərini müzakirə etmək, iqtisadi, mədəni və təhsil durumunun yaxşılaşdırılması və həmçinin onların müxtəlif siyasi, iqtisadi və ictimai işlərdə fəallaşdırılması üçün mövcud imkanların araşdırılması və qaradərili müsəlmanların problemlərinin həllinə yardım etməkdir. 
 

Google+ WhatsApp ok.ru