Cənubi Afrikada İmam Hüseyn (ə) və Kərbəla hadisəsi haqqında şeir yarışması keçiriləcək

Cənubi Afrikada İmam Hüseyn (ə) və Kərbəla hadisəsi haqqında şeir yarışması keçiriləcək

İmam Hüseyn (ə) və Kərbəla hadisəsi haqqında ən yaxşı  şeir yarışması keçiriləcək. 
 
Maide.Az “ABNA”a istinadla xəbər verir ki,  Cənubi Afrika İslam Mərkəzi tərəfindən “ilin böyük şeir mükafatı” adı altında keçirəcək yarışma Cənubi Afrika Respublikasının paytaxtı Pretoriya şəhərində təşkil olunacaq. 
 
Yarışda iştirak etmək üçün  şeirlər çap olunmamış, audio və video yayımlanmamış olmalıdır.  Şeirin bütün meyarlarına sahib olmaldır.  Şeirlər fars və ingilis dilində  yazılmalıdır. 
 
Yarışa göndərilmiş yüz əsər görkəmli əsərlər kimi seçiləcək. 100 şeir kitab formasında çap olunacaq.  
 
Şeirlər oktyabr ayının  20-dək qeyd olunan  telegram kanallarına göndərilməlidir. 
 
Fars dilində: @Jayezai20
İngilis dilində: @GrandPoetryAward
 
Qeyd edək ki, yarışma qalibləri 10 min avro  pul mükafatı,  Kərbəla ziyarəti,  və digər dəyərli mükafatlar  təqdim olunacaq.  Mükafatlar qeyri-hökumət təşkilatları və xeyriyyəçilər tərəfindən təşkil ediləcək. 

Google+ WhatsApp ok.ru