Cənnətə görə beş dəfə şükür səcdəsi

Cənnətə görə beş dəfə şükür səcdəsi

İmam Sadiq (ə) buyurur:

 
بَينا رَسولُ اللّهِ (ص) في سَفَرٍ إذ نَزَلَ فَسَجَدَ خَمسَ سَجَداتٍ، فَلَمّا رَكِبَ قالَ لَهُ بَعضُ أصحابِهِ: رَأَيناكَ يا رَسولَ اللّهِ صَنَعتَ ما لَم تَكُن تَصنَعُهُ! قالَ: نَعَم، أتاني جَبرَئيلُ (ع) فَبَشَّرَني أنَّ عَلِيًّا فِي الجَنَّةِ، فَسَجَدتُ شُكرًا للّهِ تَعالى، فَلَمّا رَفَعتُ رَأسي قالَ: وفاطِمَةُ فِي الجَنَّةِ، فَسَجَدتُ شُكرًا للّهِ تَعالى، فَلَمّا رَفعتُ رَأسي قالَ: وَالحَسَنُ وَالحُسَينُ سَيِّدا شَبابِ أهلِ الجَنَّةِ، فَسَجَدتُ شُكرًا للّهِ تَعالى، فَلَمّا رَفَعتُ رَأسي قالَ: ومَن يُحِبُّهُم فِي الجَنَّةِ، فَسَجَدتُ للّهِ تَعالى شُكرًا، فَلَمّا رَفَعتُ رَأسي قالَ: ومَن يُحِبُّ مَن يُحِبُّهُم فِي الجَنَّةِ (فَسَجَدتُ شُكرًا للّهِ تَعالى).
 
“Səfərlərin birində Peyğəmbəri-Əkrəm miniyindən düşüb, beş dəfə səcdə etdi. Həzrət (s) miniyinə minmək istədikdə, səhabələrindən biri dedi: “Ey Allahın Rəsulu, bundan əvvəl belə bir rəftarınızı görməmişdik!” Həzrət buyurdu: “Elədir! Elə indi Cəbrail (ə) yanıma enib, mənə müjdə verdi ki, Əli Cənnət əhlidir! Mən də Allah-Taalaya şükür məqsədilə səcdəyə düşdüm. Başımı səcdədən qaldırdıqda dedi: Fatimə də Cənnət əhlidir! Yenə şükür üçün səcdə etdim. Başımı qaldırdıqda dedi: Həsən və Hüseyn Cənnət gənclərinin sərvəridirlər! Yenə Allah-Taalaya şükür üçün səcdəyə qapıldım. Başımı səcdədən qaldırdıqda dedi: Onları sevənlər də Cənnət əhlidirlər. Mən yenə şükür səcdəsini yerinə yetirdim. Başımı qaldırdıqda dedi: Onların dostlarını sevənlər də Cənnət əhlidirlər! Sonuncu dəfə şükür üçün Allah-Taalanın dərgahında səcdə etdim.” (“Əmali”, Şeyx Müfid, səh.21, hədis 2.)