Cahangir Hacıyevə yeni vəzifə verildi - bu gün işə çıxacaq

Bir müddət öncə Beynəlxalq Bankın idarə heyətinin sədri postundan istefa verən Cahangir Hacıyevin yeni vəzifəyə təyin olunduğu barədə xəbərlər var.
 
Mötəbər mənbələrdən musavat.com-a daxil olan xəbərə görə, bank sektorunda xeyli stajı və təcrübəsi olan C.Hacıyev "Banktechnique"nin rəhbəri vəzifəsinə təyin olunub. Onun bu gün işə çıxacağı və kollektivə təqdim olunacağı gözlənilir.
 
Qeyd edək ki, vəzifəsindən ayrıldıqdan sonra C.Hacıyevin barəsində müxtəlif söz-söhbətlər dolaşırdı. Bir qism adamlar onun gözdən düşdüyünü və "vurulduğu"nu deyirdilər, bir başqaları isə Hacıyevin tezliklə yaxşı bələd olduğu sektorda vəzifəyə təyin olunacağını bildirirdi. Sabiq bankirin Londona yerləşdiyini deyənlər də var.

Google+ WhatsApp ok.ru