Canavar 18 baş qoyunu parçaladı - VİDEO

Canavar 18 baş qoyunu parçaladı - VİDEO

Şəkidə canavar 18 baş qoyunu parçalayaraq tələf edib.
 
ARB Şəki xəbər verir ki, kənddə son günlərdə bu ikinci canavar hücumudur.
 
Hadisə ötən gecə rayonun Babaratma kəndində qeydə alınıb. Kənd sakini Elman Orucova məxsus qoyunlar gecə saatlarında canavar hücumuna məruz qalıb. Canavarlar həyətyanı sahədə olan 20 baş xırdabuynuzludan 18-ni parçalayaraq tələf edib, ikisi həyətə qaçdığından yırtıcı ziyan vura bilməyib.
 
Ümumiyyətlə isə son günlərdə Babaratma və ətraf kəndlərdə canavar hücumu artıb. İki gün öncə kənddə canavarın hücumu nəticəsində iki iribuynuzlu tələf olub.
 

Google+ WhatsApp ok.ru