Canavarlar Zaqatalanın kəndinə hücum çəkib

Canavarlar Zaqatalanın kəndinə hücum çəkib

 
Zaqatalada yırtıcı heyvanlar kəndə hucum edərək kənd sakininə məxsus xırdabuynuzlu heyvanları məhv edib.
 
Zaqatala rayonu Muxax kəndinin sakini Fərman Eminovun verdiyi məlumata görə, canavar hücumu nəticəsində onun sahibi olduğu 3 baş xırdabuynuzlu heyvan tələf olub: "Bu gecə saat 4:00 - 5:00 radələrində itin səsinə oyandım. Həyətə düşdüm və tövləyə baxdım. Məlum oldu ki, saxladığım 18 baş xirdabuynuzlu heyvandan 3-ünü canavar parçalayıb. Bundan başqa, daha 3 heyvan ağır yaralanıb".
 
F. Eminov artıq hadisə ilə bağlı rayon baytarlıq idarəsinə məlumat verib. Hazırda idarənin əməkdaşları əraziyə baxış keçirir. Heyvanlardan quduzluqla bağlı nümunələr götürülüb. Ölən və yaralanan heyvanlar təlimata uyğun məhv ediləcək. (apa) /
 
canavarlar zaqatalanin kendine hucum cekib
 
canavarlar zaqatalanin kendine hucum cekib
 
canavarlar zaqatalanin kendine hucum cekib
 
canavarlar zaqatalanin kendine hucum cekib
 
 

Google+ WhatsApp ok.ru