Canlı yayımda yumruq davasına çıxdılar

Canlı yayımda yumruq davasına çıxdılar

 
Gürcüstanda televiziya proqramında qonaq olan iki siyasətçi əvvəlcə yüksək səslə mübahisə etməyə başlayıb. Qonaqların sözləri təhqirə keçib və mübahisə yumruqlu davaya çevrilib.
 
Maide.Az xəbər verir ki, oktyabr ayının 8-də keçiriləcək seçkilərdə iki rəqib partiya namizədi Demokratik Hərəkat Partiyasının nümayəndəsi Vepxia Qurqenişvili və Sənayeçilər Partiyasının nümayəndəsi Polad Xaliqov televiziyada qonaq qismində çıxış ediblər.
 
İki qonaq bir anda söz savaşına başlayıblar. Təhqirə keçən qonaqlar daha sonra yumruqlaşıblar.
 
Polad Xaliqov əvvəlcə gülərək qarşılıq verib, ancaq sonda təhqirlərə dözməyib qarşı trəfə qələm atıb. Qurqenişvili də ayağa qalxıb ona yumruq vurub.
 
Studiyadakıların bütün səylərinə baxmayaraq, dava qarşısını almaq mümkün olmayıb./

Google+ WhatsApp ok.ru