Casusluqda ittiham olunan müxbir ölüb

İranın Press TV kanalının müxbiri Serena Shim Türkiyə və Suriya sərhədi yaxınlığında avtomobil qəzasında həlak olub.
Maide.az-ın İran KİV-lərinə istinadən məlumatına görə,  Presstv Presstv müxbiri Serena Shim Kubanidə baş verən hadisələrlə bağlı xəbər hazırlayıb hotelə qayıtdığı zaman avtomobil qəzasında həlak olub.
Məlumata əsasən, Serena Shimin avtomobili yek maşını ilə toqquşub.
Qeyd edək ki, bundan öncə Presstv kanalı məlumat yaymışdı ki, müxbirimiz Serena Shim Türkiyədəcasusluqda ittiham olunaraq həbs olunub.
Məlumatda bildirilmişdi ki, Presstv müxbiri Serena Shim Türkiyənin Kəşfiyyat Təşkilatı tərəfindən saxlanılıb və o casusluqda ittiham olunur.İran saytları yazır ki, Press TV müxbirini rəsmi Ankaranın Kobani şəhəri ilə əlaqədar mövqeyi barədə xəbərləri yaydığına görə, casusluqda ittiham olunur. "Press TV-nin müxbiri Serena Shim deyib ki, mən  terrorçuların Türkiyə sərhədlərindən Suriyaya daxil olmalarını efirə verən az saylı müxbirlərdən olduğum üçün və eləcə də Təkfirçi terrorçuların beynəlxalq fondların yük maşınları ilə Türkiyədən Suriyaya getmələrini sübut edəcək  fotoşəkillər əldə etdiyim üçün casusluqda ittiham olunuram" /

 

Google+ WhatsApp ok.ru