Cavad Cahangirzadə: `İranla Azərbaycan hərbi sahədə də əməkdaşlıq edir`

Cavad Cahangirzadə: `İranla Azərbaycan hərbi sahədə də əməkdaşlıq edir`

"İranla Azərbaycan hərbi sahədə də əməkdaşlıq edir".
 
Maide.Az xəbər verir ki, bu sözləri İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə deyib.
 
O, Azərbycanın Müdafiə naziri Zakir Həsənovun İrana səfər edəcəyini bildirib: "Biz bu sahədə əlaqələri daha da inkişaf etdirmək niyyətindəyik. Hər şey etməliyik ki, iki ölkə arasında əlaqələr daha yüksək səviyyədə olsun. Bakıda silah sərgisində də İrandan Azərbaycana nümayəndə heyəti gəldi. Əməkdaşlıqla bağlı bəzi müzakirələr olub".
 
C.Cahangirzadə deyib ki, gələn həftə xarici ölkələrin Azərbaycandakı səfirlikləri Cocuq Mərcanlıya gedəcək. O, bildirib ki, səfər XİN tərəfindən təşkil olunub. Səfərin məqsədi Cocuq Mərcanlıda aparılan abadlıq işləri və planlarla tanış olmaqdır. /

Google+ WhatsApp ok.ru