Cavad Zərifi kəskin danışdı

"6-lıq ölkələri İrana qarşı tətbiq olunan sanksiyaları ləğv etməlidir. İranın nüvə proqramından sülh məqsədilə istifadə etmək hüququ var və biz bu hüququmuzdan əl çəkməyəcəyik". İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Vyanada keçirilən görüşlərin yekununda bu cür açıqlama verib. Zərif qeyd edib ki, İran heç bir zaman xaricdən edilən təzyiqlərə boyun əyməyəcək.
 
Nüvə proqramına dair danışıqlarda vasitəçi olan Avropa Birliyi rəsmisi Ketrin Eşton ötən gün keçirilən görüşlərdə səsləndirilən yeni ideayaların dəyərləndirilməli olduğunu deyib. 
 
“İnanırıq ki, indiyə qədər əldə olunan nailiyyətləri nəzərə aldıqda və yeni fikirlər fonunda tərəflərin məsələyə dair yekun razılığa gələ biləcəklər” - deyə Eşton qeyd edib.

Google+ WhatsApp ok.ru