Cavad Zərif: 'ABŞ-da atışmalarda ölən insanlara görə çox kədərləndik'

Cavad Zərif: 'ABŞ-da atışmalarda ölən insanlara görə çox kədərləndik'

br>
“Bu gün ABŞ dünyada tək qalıb. Onlar bu şəraiti qeyri-insani hərəkətləri ilə yaradıblar”.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif bu gün İranda “jurnalistlər” günü münasibətilə keçirilən mətbuat konfransında deyib.

Nazir bildirib ki, hegemonluqla danışıq aparmaq dövrü bitib və bu növ danışıq tərzi uğursuzluğa məhkumdur: “Bizim ABŞ-da yaşayan xalqla heç bir qarşıdurmamız yoxdur. Ötən gün ABŞ-da atışmalarda ölən günahsız insanlara görə çox kədərləndik”.

Cavad Zərif ABŞ-ın ona sanksiya tətbiq etməsinə də münasibət bildirib. O deyib ki, bu gün ABŞ dialoq aparmağa dözə bilmir, bunun üçün iqtisadi terrorizmə əl atıb: “Buna görə də mənə qarşı sanksiya tətbiq edirlər. Sevinirik ki, ötən 40 il ərzində heç bir hegemon gücün yanında deyil, xalqın yanında olmuşuq”.

Nazir qeyd edib ki, İran bütün ölkələrlə sağlam və qarşılıqlı mənafeyə uyğun münasibət qurmağın tərəfdarıdır: “Bizə qarşı nə zaman sanksiya tətbiq ediblərsə, biz xalqa güvənərək inkişaf etmişik. Müharibə dövründə elə bir mexanizm yaratdılar ki, İrana silah satışının qarşısını alsınlar. Biz Allahın lütfü ilə xalqa güvənərək müharibədən başı uca çıxdıq. Heç bir güc sahibi əbədi deyil və dəfələrlə demişik ki, yeganə güc Allahın gücüdür. Mümkündür ki, ABŞ bəziləri üçün “Allah” olsun, lakin İran üçün heç vaxt “Allah” ola bilməzsiniz. Sizin təzyiqlərinizi biz inkişaf etməklə kompensasiya edirik".

Google+ WhatsApp ok.ru