Ceyms Uorlik: “Həmsədrlərin regiona səfəri ilə bağlı hazırda hər hansı tarix yoxdur”

“Həmsədrlərin regiona səfərləri ilə bağlı hazırda hər hansı tarix yoxdur”.
 
Bunun APA-ya açıqlamasında ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik deyib.
 
“Lakin biz yaxın gələcəkdə regiona səfər edəcəyimizə ümid edirik”, - deyə o bildirib.
 
Xatırladaq ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində son görüş ötən ilin 19 dekabr tarixində İsveçrənin Bern şəhərində Azərbaycan və Ermənistan prezidentləri arasında baş tutub. 

Google+ WhatsApp ok.ru