Ceyranbatan su anbarının ərazisi yanır - VİDEO

Ceyranbatan su anbarının ərazisi yanır - VİDEO

Abşeron rayonunun Ceyranbatan qəsəbəsində Ceyranbatan su anbarının ərazisində quru ot və kol-kos yanır.
 
Maide.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub.
 
Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvə və texnikası hadisə yerinə cəlb olunub.
 
Hazırda yanğınsöndürmə işləri aparılır. Əlavə məlumat veriləcək.
 

Google+ WhatsApp ok.ru