Cibləri boşaldan cərimələr

Cibləri boşaldan cərimələr

-- Maaş az, cərimə çox...

"Bizim yolinfo.az" da isə "Maaş az, cərimə çox: Cibimizi cərimələr boşaldır" sərlövhəli məqalə oxumaq olar.
 
Müəllif yol hərəkəti qaydalarının pozulmasına görə tətbiq olunan cərimələrin real gəlirlərə uyğun olmadığını müzakirəyə çıxarır.
 
Müəllif hesab edir ki, Azərbaycanda yol hərəkəti qaydalarının pozulmasına görə tətbiq olunan cərimələrin məbləği yüksəkdir və hətta o qədər yüksək ki, cərimələr əhalinin orta gəlirinə uyğun belə götürülməyib.
 
Üstəlik müəllif ekspertlərə itinadən yol hərəkəti qaydalarının pozulmasına görə tətbiq olunan istənilən cərimə məbləğinin əməkhaqqına adekvat deyil.
 
Yazı müəllifi yol hərəkəti qaydalarının pozulmasına görə 10 manatdan 4 min manata qədər yüksələn cərimələr olduğunu, 100 manat və daha yuxarı cərimə hədlərinin əhalinin gəlirlərinə uyğunsuzluğunu vurğulayır.
 
Yol-nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov da Azərbaycanda müvafiq cərimələrin həddən artıq yüksək olduğu qənaətindədir.
 
Ekspert deyir ki, sürücünün sürət həddini 10-20 kilometr aşmasına, parklanma qaydalarını pozmasına, avtomobildə dərmanların olmamasına görə 10 manat cərimə nəzərdə tutulur: "Cərimələr çox fərqlidir, 10 manatdan başlayır və sürücünün törədə biləcəyi konkret elə xəta var ki, 4000 manata qədər cərimə tətbiq olunur. Qayda pozuntuları fərqli olduğuna görə orada cərimələrin məbləği də fərqlidir".
 
Bu baxımdan Ə.Hüseynov hesab edir ki, cərimələrin məbləği ilə bağlı adekvatlıq və optimallıq yoxdur, cərimə tətbiq olunacaq fiziki və hüquqi şəxsin maddi durumu və məruz qalacaqları itkilər hesablanmır.
 
Ekspertə görə, bu məsələdə çox ciddi boşluqlar, bir sözlə sistemsizlik mövcuddur.
 
Ə.Hüseynov vurğulayır ki, sanksiya insanları, təşkilatları bu pozuntulardan çəkindirməkdə real rol oynadıqda səmərəli olur.
 
Ekspert deyir ki, bu zaman onun icra və tətbiqetmə imkanları olur, tətbiqetmə insan üçün müflislik yaratmır: "Bundan ötrü isə məsələlər araşdırılmalı, hesablanmalı və təhlil edilməlidir. Cərimələri qaldırmağın məqsədi kimisə qorxutmaq yox, məsuliyyət hissini artırmaq olmalıdır".
 
Ə.Hüseynov hesab edir ki, reallıq baxımından 100 manatlıq cərimədənsə 20 manatlıq cərimə tətbiq olunmalıdır və hamı da bilməlidir ki, hüquq pozuntusunu törədəndə 20 manatlıq cərimə mütləq olacaq.
 
Ekspertə görə, 100 manatlıq cərimə bu şəxsin aylıq qazancının az qala dorddə biri deməkdir.(contact.az)
 

Google+ WhatsApp ok.ru