Cibutidə ən böyük məscid tikiləcək

Cibutidə ən böyük məscid tikiləcək

Türkiyə hakimiyyəti Cibutidə ən böyük məscid tikməyi planlaşdırır. Məscidin tikintisi 32 il çəkəcək. Məscidin ərazisi 10 hektar olacaq. Məsciddə eyni zamanda 4 min nəfər namaz qıla biləcək. 
 
Maide.Az xəbər verir ki, Türkiyə dövləti bu məscidi Osmanlı memarlıq üslubu ilə tikməyi planlaşdırır. 
 
Cibuti Şərqi Afrikada kiçik bir ölkədir. Qonşuları şimalda Eritreya, qərbdə və cənubda Efiopiya, cənub-şərqində isə Somalidir. Qırmızı dənizə və Ərəb dənizinin Ədən körfəzinə çıxışı vardır. Ərəbistan yarımadasında olan Yəməndən 20 kilometr uzaqlıqdadır. Paytaxtı Cibuti şəhəridir. Xalqın 95%-i müsəlmandır.
 
2009-cu ildə bu ölkədəki şiələrin sayı 8 min nəfər olub. Ölkə əhalisinin əksəriyyəti şafei məzhəbinə inanır. /

Google+ WhatsApp ok.ru