Ciyərlərimizi gül kimi təmiz edək - ARAŞDIRMA

Ciyərlərimizi gül kimi təmiz edək - ARAŞDIRMA

Qaraciyərləri təmizləmək heç də çətin bir iş deyildir. Əgər yeməyi həzm edən zaman çətinliklə qarşılaşırsınızsa, ehtimal verilir ki, qara ciyərinizdə problem yaranmışdır. Yəni o dolub və onu boşaltmaq lazımdır. Qaraciyəri təmizləmək lazımdır. Bunun üçün neçə tövsiyəmiz vardır:
 
1. Limon
Limon qaraciyər təmizləyicilərindən biridir. Bunun üçün üç limonu içərisində soyuq su olan qaba qoyun. İmkan verin ki, qazın üstündə 3 dəqiqə qaynasın. Sonra suyu soyudub limonları oradan çıxardın. Limonların suyunu sıxın. Həmin suya əlavə edin. Hər səhər ac qarına və yeməklər arasında bu sudan içməyə çalışın.
 
2. Rozmarin yarpaqları
Qaraciyər saturasiya olan zaman öz vəzifəsinə əməl edə bilmir. Rozmarin bitkisi sizə yardım edə bilər. Bunun üçün 15 qram rozmarin bitkisinin yarpağını 1 litr su ilə 15 dəqiqə qaynadın. Hər gün bu sudan bir fincan içməyə çalışın.
 
3. Nanə
Ürək bulanma, böyrək problemləri qaraciyərdən qaynaqlana bilər. O zaman ki, qaraciyərdə çox sayda zay maddə toplanarsa, qaraciyər yaxşı fəaliyyət göstərə bilməz. Qaraciyəri təmizləmək üçün nanədən istifadə edə bilərik.
Nanənin iki damcı sıxılmış suyu ilə bir qaşıq balı qarışdırın. Yeməyə çalışın. Həmçinin bir damcı rozmarin bitkisinin suyu ilə bir damcı nanə suyu və bir damcı tərxun suyu ilə qarışdırın, gün ərzində iki dəfə bu məhlul ilə qaraciyər nahiyəsini saat əqrəbinin əksinə olaraq masaj edin.
 
4. Zəncirotu
Zəncirotu bitkisi çox faydalı bir bitkidir və bədəndə olan zəhərli maddələri dəf etmə xüsusiyyətinə malikdir. Ona görə də qaraciyəri də təmizləyər. 150 millilitr suya zəncirotu bitkisinin 4 qram kökünü qoyub, dəm aldırın. Gün ərzində 3-4 dəfə onu içməyə çalışın.
 
5. Zeytun yağı
Zeytun yağı qaraciyəri təmizləmə xüsusiyyətinə malikdir. Bunun üçün zeytun yağını limon suyu ilə qarışdırın. 5 gün acqarına bu məhlulu içməyə çalışın.
 
6. Dəvətikanı bitkisi
Bu bitki də qaraciyəri təmizləyər və fəaliyyətini yaxşılaşdırar. Bunun üçün dəvətikanı bitkisinin 2,5 qram suyunu bir litr suyun dörddə biri ilə qarışdırın və hər gün yeməkdən əvvəl 3 dəfə ondan için. (deyerler) /

Google+ WhatsApp ok.ru