Cümə axşamı güclü külək əsəcək- Bakıda

Cümə axşamı güclü külək əsəcək- Bakıda

Fevralın 7-də Bakıda və Abşeronda gücü 20-23 m/saniyəyə qədər çatan cənub-qərb küləyi əsəcək. Fevralın 8-də gücü 23 m/saniyəyə çatan şimal-qərb küləyinə keçəcək.
 
Ölkənin rayonlarında qeyd edilən günlərdə 20-25 m/saniyə gücündə qərb küləyi əsəcək.
 
Fevralın 8-dən 12-nə qədər yağış yağacaq, bəzi yerlərdə intensiv olacaq. Dağlarda və dağətəyi rayonlarda qar yağacaq.

Google+ WhatsApp ok.ru